backend

AAYDA-nın şefi Saleh Məmmədovun torpaq "makleri" Azər bəyin yeni OYUNU...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "sədaqətli " nümayəndəsi Azər bəyin hoqqa hədəfinə tuş gələn Şəmkir şəhəri, Fikrət Əmirov küçəsi 77-də yaşayan sakin Bəkirov Azər Mustafa oğlu tərəfindən saytımıza şikayət ərizəsi daxil olmuşdur. Şikayətçinin ərizəsi əsasında əməkdaşımız Şəmkir rayonuna ezam olunmuş və sözügedən şəxsin şikayəti videolentə alınmışdır. Şikayətçi qeyd edir ki, Qala kəndində (Muxtariyyə) ona məxsus olan 2ha torgpaq sahəsinin 25 sotu İpək Yolu tikintisinə düşür. Həmin torpaqda onun 66 ədəddən çox əkib becərdiyi qoz ağacları və sayını bilmədiyi çoxlu sayda xurma ağacları var. Agentliyin rəsmi nümayəndəsi Azər bəy heç bir sənəd göstərmədən ona "ipək yolu tikintisinə görə sənə 41min (qırx bir min manat) pul verirəm, gəl razılaş pulunu götür, söküntü işinə başlayaq" deyib. Lakin Azər bəy ağacların taleyi haqqında isə heç söhbət etmək belə istəməyib.

AAYDA-nın şefi Saleh  Məmmədovun  torpaq "makleri" Azər bəyin yeni OYUNU...
" Mən 10 ildən artıqdır, yəni meyvə verdiyi gündən bu günə qədər həmin ağacların məhsulunu yığıb satıram. Azərbaycanda əhalinin meyvə ilə təmin olunmasında qismən də olsa mənim də payım var. Eyni zamanda bu ağaclardan mən illik gəlir əldə edirdim ailəmin sosial - iqtisadi tələbatını ödəyirdim. Mən Azər bəyə bu barədə öz iradımı bildirdim və mənə təklif olunan 41 min manat məbləğində puldan imtina etdim. Mənə təklif olunan məbləğ heç bir əsasa cavab vermir.Axı, mənə meyvə ağaclarımın və illik gəlirinin dəyəri müqabilində heç bir kompensasiya ödənilmir."

Ona görə də şikayətçi Hədəftv.info saytı olaraq bizə ünvanladığı şikayət ərizəsi əsasında tələbinin ictimailəşdirilməsi və səlahiyyətli orqanlara çatdırılmasını xahiş edir.Eyni zamanda şikayətçi onu da qeyd edir ki Azər bəy məni təhdid edərək deyir ki, xoşluqla razı olmasanız güclə də olsa bağın söküntüsünə başlayacaq. Xahiş edirik belə məmur özbaşınalığına son qoyulsun.