backend

"SOCAR-DESFA məsələsi hələ tam yekunlaşmayıb"

"SOCAR-DESFA məsələsi hələ tam yekunlaşmayıb"


"SOCAR tərəfindən Yunanıstanın DESFA dövlət şirkəti 66 faizinin alənmasına dair sövdələşməsi ətrafında yaranmış riskdən narahat olmağa ehtiyac yoxdur"


"Əslində bu sövdələşmə Azərbaycandan daha çox Yunanıstanın özü üçün zəruridir"

SOCAR tərəfindən Yunanıstanın DESFA dövlət şirkəti 66 faizinin alınmasına dair sövdələşmə ətrafında yaranmış narahatlıqla bağlı müzakirələr davam edir. Maraqlıdır, Yunanıstandakı hökumət dəyişikliyi Azərbaycanın bu ölkəyə qoyduğu sərmayələri risk altına ala bilərmi?
qaynarxett.az bildirir ki, bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli narahatlıq üçün əsas olmadığını vurğuladı:
"Azərbaycanın Yunanıstanda iri sərmayəsi yoxdur, amma ölkəmiz Azərbaycan Dövkət Neft Şirkəti(SOCAR) vasitəsilə bu istiqamətdə çox ciddi bir addım atmaq istəyir.Belə ki, 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin Yunanıstanın aidiyyatı qurumları ilə həmin ölkənin qazpaylayıcı şəbəkənin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin alınmasına dair sövdələşməsi olub. Amma SOCAR-DESFA məsələsi hələ tam yekunlaşmayıb. Bir tərəfdən,Yunanıstan Avropa İttifaqının üzvü olduğundan, bu məsələ Avropa Komissiyasında baxılmalıdır. Diğər tətəfdən isə Yunanıstanın yeni hökuməti sol təmayüllü olduğundan,strateji sahələrin özəlləşdirməsinə neqativ münüsibət bəsləyəcəyi öz-özlüyündə aydındır. Ona görə də Yunanıstanda hakimiyyətə gələn sol qüvvəər özündən əvvəlki hökumətin anlaşmalarının bir hissəsinə,o cümlədən SOCAR tərəfindən Yunanıstanın DESFA dövlət şirkəti 66 faizinin alınmasına dair 400 milyonluq sövdələşməyə münasibətdə birbaşa olmasa da, ehtiyatlı şəkildə bildirir ki,yenidən baxa bilər.
Əslində bu sövdələşmə Azərbaycandan daha çox Yunanıstanın özü üçün zəruridir.Çünki əvvəla, bu sövdələşmənin reallaşması ilə Azərbayvan tərəfi Yunanıstan iqtisadiyyatına iri sərmayə qoyuluşuna başlayır.Əgər bu sövdələşmə baş tutsa, onda SOCAR TANAP və sonra da TAP qaz kəmərləri vaitəsilə Yunanıstana nəql olunan qazın bir hissəsini DESFA şirkətinin balansında olan kəmərlər sitemi vaitəsilə paylaşa bilər. . Bununla yanaşı Yunanıstan Azərbaycan təbii qazını alan ölkələrdən biridir. 2013-cü ilin dekabrında imzalanmış ”Şahdəniz" qaz yatağının ikinci fazasının işlənməsi ilə bağlı anlaşma çərçivəsində, həmin anlaşmada iştirak edən və qazdan faydalanacaq ölkələrdən biri kimi Yunanıstan iqtisadiyyatına investisiyanın qoyulması nəzərdə tutulur. Hələ fəaliyyətə başlamamış Trans Adriatik qaz kəməri yaxın gələcəkdə Yunanıstan üçün ən böyük investisiya olacaq.Həmin layihə kontekstində Yunanıstan iqtisadiyyatına investisiyanın qoyulmasının ilk sanballı addım səhmlərinin SOCAR tərəfindən Yunanıstanın DESFA dövlət şirkəti 66 faizinin alənmasına dair sövdələşmənin reallaşması ola bilər. SOCAR Yunanıstanda törəmə şirkət vasitəsilə miqyaslı işlər görə bilər.Göründüyü kimi, həqiqətəndə bu sövdələşmə Azərbaycandan daha çox Yunanıstanın özü üçün zəruridir.
Ona görə də SOCAR tərəfindən Yunanıstanın DESFA dövlət şirkəti 66 faizinin alənmasına dair sövdələşməsi ətrafında yaranmış riskdən narahat olmağa ehtiyac yoxdur. Yunanıstan Avropa İttifaına daxil olan ölkə olduğundan, hər şeydən əvvəl,həmin layıhələrə daha çox Azərbaycanın Avropa İttfaqı ilə əlaqələrinin yeni mərhələsinin mühüm tərkib hissəssidir.Daha konkret desək,bu sövdəlşmə əslində Avropanın enerji təhkəsliyinin ən etibrli altrnativ variantı olan Azərbaycan(sonra da inşallah Türkmənistan) qazının Avropaya çıxarılması layıhəsinin mühüm tərkib hissəssidir. Yunanıstanla bu sahədə həyata keçirilən əməkdaşlıq eyni zamanda Avropa Birliyi ilə aparılan əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Yunanıstan 2008-2009-cu illərin qlobal maliyyə-iqtisadi böhranının fəsadlarınıı hələ də ən ağır şəkildə daşıyan bir ölkədir.Avropa İttifaqının çoxmilyardlı köməyi belə, bu ölkədəki böhranı səngidə bilmədi....Yeni hökumət eyforiyadan ayılıb, Yunayıstanın real problemlərinin yanına enən kimi, anlayacaq ki,seçki qabağı verilən populist vədləri reallaşdırmaq mümkün deyil.Üstəgəl, əgər indiyə qədər Avropa İttifaqının çoxmilyardlı yardımları Yunanıstan iqtisadiyyatının böhrandan tam yaxa qurtarmasına kömək edə bilmyibsə, bundan sonra da təsirli kömək etməyəcək.Belə bir şəraitdə Yunanıstan hələ də tam çıxa bilmədiyi ağır böhrandan qurtuluşunu sürətləndirməkdən ötrü,bu ölkənin iqtisadiyyatının qalxınmasına düzgün istiqamətləndirilən xarici sərmayələr,Avropa İttifaqının çoxu öz təyinatı üzrə ünvanını tapmayan yardımından daha səmərəli təsir göstərə bilər.Azərbaycan qobal miqyaslı güc mərkəzi deyil ki, SOCAR tərəfindən Yunanıstanın DESFA dövlət şirkəti 66 faizinin almaqla bu ölkəni öz təsir dairəsinə salsın.Əksinə bu sövdələşmənin baş tutması beynəlxalq əmkdaşılığın davamlılığının əsas meyarı və və perspektivliliyinin hərəkətverici qüvvəsi olan bərabər hüquqlqlqu və qarşılıqlı faydalılıq prinsiplərinə dayanan yaxşı bir model ola bilər.Belə əməkdaşlıq Azərbaycan –Yunantan münaibətibətlərini yeni mərhələyə daşımaqla həm də Azərbaycnın bir nömrəli müttüəfiqi olan qardaş Türkiyə ilə Yunanıstan münasibətlərinə də müsbət xal gətirə bilər.Bu isə Avropanın təhlükəizliyinə və əməkdaşlıq işinə spesifik bir töhfə olmuş olar".