backend

BƏZİ DİRNAQARASI MƏMURLAR ULU ÖNDƏRİN SİYASƏTİNİN ƏLEYHİNƏ ÇIXIRLAR - İsmayıllıda ŞOK OLAY - Video+Foto

Biz hər zaman Ulu Öndərin düzgün yolunu və siyasi xətinni dəstəkləmişik və onun "ağackəsimi" haqqında dediyi gözəl kəlamlardan bəhrələnib, rəhmətlə anırıq. Ulu öndər : "Bir ağacı böyütmək bir övladı böyütməkdən daha da çətindir. Kim bir (yaş) ağacı kəsərəsə elə bil mənim qolumu kəsir ".

Amma çox təəssüflər olsun bəzi məmurlar Ulu Öndərin və cənab Ölkə Başçısının dürüst siyasi xəttinin əleyhinə gedirlər.

Qaynarxett.az xəbər verir ki, 22.12.2021-ci il tarixdə Ismayıllı rayon İcra Hakimiyyəti orqanlarının əməkdaşları Ismayıllı şəhərində yerləşən 5 saylı tam orta məktəbin həyətində əkilmiş iridiametrli bir sərv ağacını kəsib yeni il şənliyi keçirmək üçün aparıb Ismayıllı RİH-nin önündə "yolka" kimi qurublar. Yerli sakinlərin haqqlı narazılığından sonra, sözügedən ağacı çıxardıb, yerində isə ondan balaca bir "yolka" qurublar.




Ən marağlısı odur ki, 6 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları sözügedən məktəbin həyətində kəsilən ağaca Ismayıllı RİH-nin təsiri altında yüngül bir cərimə yazıb Ismayıllı RİH-nin əməkdaşların "yola veriblər".

Amma burada inzıbatı xəta yox, birbaşa cinayət işi var, cənablar!

Əgər sözügedən sərv ağacın kəsib, aparıb orada əkmişdilərsə, bəs niyə sonra çıxardıb aparıblar?!

Eləyə bilməzdilər ki, əvvəldən ora bir "yolka" maketi qoyaydılar, day gedib iridiametrli bir yaş ağacı kəsməzdilər?!.

Ismayıllı RİH eləyə bilməzdi ki, əvvəldən orada bir sərv ağacı əkəydi və hər il yeni il şənliyi vaxtı onu bəzədərdi, day gedib yaşıllıqları məhv etdirməzdi belə?!

Ümid edirik aidiyyatı orqanlar buna bir tədbir görəcək.

Qaynarxett.az olaraq qarşı tərəfindən mövqeyin dinləməyə hazırıq.