backend

Nizami rayonundakı 309 saylı körpələr evi-uşaq bağçasında BİABIRCILIQ - "Uşaqlara necə fərq qoymaq olar?"!

Qaynarxett.az xəbər verir ki, Nizami rayonunun Keşlə qəsəbəsi, Köndələn küçəsi, 4a ünvanında yerləşən 309 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Sveta Sultanova barədə redaksiyanın elektron ünvanına şikayət məktubu daxil olub. Şikayətci olan valideyn deyib:

"Müdirə Sveta xanım bağçaya gələndən ancaq pul yığmaqla məşğuldur. Əvvəl bizdən bağçanı təmir eləmək adıyla pul yığırdı. İndi isə yemək pulu adıyla hər valideyndən 30 AZN pul tələb edir”.

Şikayətcinin dediyinə görə, müdirə hər ay valideynlərdən 30 AZN pul tələb edir. 25 AZN yemək pulu, 5 AZN isə fond pulu üçün. Pul verən valideynlərin uşaqları üçün ayrı menyu verilir, pul verməyənlər üçün isə ayrı. Valideyni pul verməyən uşaqlar adi sup və kaşa ilə qidalanırlar. Belə biabırçılıq olmaz, uşaqlara necə fərq qoymaq olar?! Həm də müdirə özü gəlib qruplara nəzarət edir ki, pul verənlər yaxşı menyuya uyğun, pul verməyənlər adi yeməkləri yesinlər".

Valideyn tərəfindən irəli sürülən iddialara cavab tapmaq üçün Sveta xanımla əlaqə saxlamaga calışsaq da iş telefonunu acan olmadı. Cox cətinlikdən sonra onun möbil nömrəsini öyrənib şikayət ilə onu tanış etdik və qarşı tərəf kimi mövqeyini öyrənməyə calışdıq.

Sveta Sultanova bildirdi ki, valideynin dedikləri şər və böhtandır. Necə yəni baxcada pul yıgılır?! Bizim baxcada bütün görülən işlər şəffaf aparılır. İstədiyiniz vaxt,buyurub maraqlana bilərsiniz.