backend

KİV: Lamiyə Quliyevaya bəraət verildi

KİV: Lamiyə Quliyevaya bəraət verildi






















Kassasiya şikayəti təmin edildi

Azərbaycan Respublikası Ali Məhkəməsinin “01” oktyabr 2014-cü il tarixli Qərarı ilə Quliyeva Lamiyə Sahib qızına bəraət verilib.

qaynarxett.az xəbər verir ki, bu barədə məlumatı AzVision.az saytı yayıb.

Məlumata görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Quliyeva Lamiyə Sahib qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətinə baxaraq, təmin edib.

Quliyeva Lamiyə Sahib qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmü ləğv edilib.