backend

Salyanda iqtisadi-siyasi “bomba”ya çevrilən “Dollar Tahir”in uzunillik SƏLTƏNƏTİ

Silsilə məmur həbslərinin yeni dalfası start götürüb. Vəzifə səlahiyyətlərini aşmaqda və rüşvətxorluqda ittiham edilən məmurların həbsi prosesi cəmiyyətə dopinq təsiri bağışlayır. Həbs dalğası dövlət qurumlarının yüksək vəzifəli şəxslərinin kabinetinə qədər daxil olur. Bu proses təkcə hüquqi baxımdan deyil, həm də ictimai-siyasi münasibətlər sisteminin yenilənməsi prizmasından da vacibdir.

Biz, təkcə media nümayəndəsi kimi yox, həm də bir vətəndaş kimi əminik ki, Azərbaycanda rüşvətə, korrupsiyaya bulaşmayan məmur axtarışına cıxmaq xülyadan başqa bir şey deyil. Həqiqətənmi, ölkədə rüşvətxor, xalqı, dövləti talayan bir qrup vəzifəlidir? Əlbəttə ki, xeyr! Deməli, məsələ başqdır, məmur həbslərinin həm də ciddi siyasi səbəbləri var.

Məsələn,uzun illərdir Salyan Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsini tutan Tahir Yusif oğlu Yusifovun hazırda həbsdə yatan məmurlardan fərqləndirən hansı “keyfiyyətləri” var? Salyan Suvarma Sistemləri İdarəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabedir. İdarəyə uzun illərdir bölgədə “Dollar Tahir” ləqəbi ilə məhşur olan bu adam başcılıq edir. 139,9  min nəfərdən çox əhalisi olan Salyan Azərbaycanda ən böyük rayonlarından hesab olunur. İstər siyasi, istərsə də iqtisadi baxımdan rayon dövlət üçün həssas və vacib nöqtələrdən biridir. Salyan Suvarma Sistemləri İdarəsi isə rayonun kənd təsərrüfatının, fermerlərin, kəndli təsərrüfatının inkişafında strateji əhmiyyəti olan bir qrumdur.

Qoqledə Tahir Yusifovun adını axtarışa verərkən haqqında onlarla neqativ xəbərlər üzə çıxır. Onun rayondakı suvarma sistemlərini məhv etməsindən, böyük maliyyə maxinasiyaları və hətta icra başçısı olmaq üçün vaxtilə çabalar göstərdiyi haqda məlumatlara rast gəlmək mümkündür. Milyonçu kimi təqdim olunan idarə rəisinin hazırkı icra başçısı Sevindik Hətəmovla hesablaşmadığı da qeyd edilir. “Salyan rayonuna icra başçısı təyin edilən Sevindik Yusifov ilk vaxtlar Tahir Yusifovu vəzifədən çıxartmaq istəyirmiş. Ancaq sonradan Tahir Yusifov başçı ilə anlaşaraq dollar “sandığının” ağzını açıb” deyə xəbərlərin birində qeyd edilir.

Salyan Suvarma Sistemlərin İdarəsinin tender maxinasiyaları ilə bağlı faktlar da "göz qamaşdırır". İdarə elektrik, mexaniki avadanlıqların, maşın, mexanizmlər və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələrin satın alınması üçün müsabiqə elan edib və “XXI ƏSR” MMC qalib elan olunub. Bu minvalla MMC-yə 88 400.9 manat köçürülməlidir.

Çox qəribədir ki, Salyan Suvarma Sistemlərin İdarəsinin eyni vaxtda digər tender əməliyyatının da qalibi yenə “XXI ƏSR” MMC olub. Belə ki, “Hyundai R170 W-7” markalı ekskovatorun təmirinə görə 44 759.98 manat bu şirkətə ödənilməlidir.

Həmçinin eyni dövrdə “SEVİNC-96” MMC tenderdə qalib gəlib. Nasos avadanlıqlarının təmiri üçün ehtiyat hissələrinin satın alınmasına görə 274 420.3 manat sözügedən şirkətə çatacaq.

Nəhayət, ardıcıl keçirilən dördüncü tenderdə “AZMEK-LTK” MMC qalib olub. İdarənin balansında olan, Kür çayının Şirvan ərazisində yerləşən suvarma kanallarının lildən təmizlənməsi işlərinin satın alınması üçün 134 697 manat şirkətə köçəcək.
Lakin 4 tenderi eyni vaxtda reallaşdıran Salyan Suvarma Sistemlərin İdarəsinin bu əməliyyatlarında maxinasiya şübhələrinə yol açılır. Çünki bir çox hallarda tenderlər formal keçirilir, idarə rəisinə yaxın şəxslərin şirkətləri qalib gəlir, sonra dövlətin pulları pay-püş edilir.

Qeyd edək ki, idarə rəisi ötən il də ümumi dəyəri 1 milyon 285 min 514 manatlıq olan müqavilə bağlayıb və bu 5 müqavilənin hamısı “Sevinc-96” MMC ilə imzalanıb.

Mediada gedən xəbərlərə görə idarəyə uzun illərdir rəhbərlik edən Tahir Yusifovun rayondakı suvarma sistemlərini məhv etməsindən, böyük maliyyə maxinasiyaları və hətta bir ara qumara qurşandığı haqda da məlumatlara rast gəlmək mümkündür. Bir sıra saytlarda isə T.Yusifovun tender – satınalma sövdələşmələrindən əlavə, son vaxtlar idarənin balansındakı maşın-mexanizmləri ehtiyat hissələrinə bölərək satdığı haqda informasiyalar var. Vaxtaşırı olaraq lildəntəmizləmə, sahilbərkitmə işləri adı altında xeyli vəsaitin “təyinatı üzrə” silinərək “səmərəli” xərclənməsi də Tahir Yusifova qazanc gətirir.

Onun Salyanda malik olduğu 100 kvadratmetr sahəsi olan iri topdansatış ərzaq ticarəti mərkəzinin, yenə orada icarəyə verdiyi müasir geyim mağazasının, Salyanda və Bakıda bahalı evlərinin, dəyərli avtomobillərinin, dəyəri yüz min manatlarla ölçülən digər daşınar və daşınmaz əmlaklarının mənbəyi haqda məlumatlar var.

O, bu garlı idarənin rəisi olmasaydı, bəlkə də indi heç xırda sahibkar da deyildi. Amma məsələ bunda deyil, onun biznesini, pulunu araşdırmaq bizə maraqlı deyil, əsas məsələ Tahir Yusifovun “icra mexanizmi” kimi dövlət-vətəndaş münasibətlərində oynadığı rolun mahiyyətinə işıq salmaqdır.

Tahir Yusifov idarənin rəisi işləyərkən işci-dövlət münasibətlərinə balta çalıb. Təsadüfi deyil ki, o, rayonda haqqında ən çox şikayət edilən idarə rəislərindən biridir.

Tahir Yusifovun Salyan Suvarma Sistemləri İdarəsinə rəhbərliyi dönəmində idarədə:

– İşcilərin dövlətə və iqtidara olan inamsızlığı sistemli şəkil aldı. Hazırda idarədə kök atmış korrupsiya, rüşvətxorluq, qohumbazlıq halları artmaqda davam edir. Sadə işcilərin fəaliyyətlərini müşahidə etsək, onların daha çox idarə rəhbərliyinin “əməyi” sahəsində mövqe dəyişdirdiklərinin şahidi ola bilərik.


Davamı olacaq...

Qaynarxett.az