backend

Goranboyda MƏDƏNİ PROBLEM... - İTTİHAM VAR!

"Goranboy rayonu Gənclər və İdman idarəsində, bu idarənin iş fəaliyyətində kifayət qədər çatışmamazlıqlar, nöqsanlar, maliyyə və kadr saxtakarlıqları, vəzifədən sui- istifadə halları, vəzifəli şəxslərin özbaşınalığı kimi xoşagəlməz gəlməz hallar mövcuddur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Goranboy rayonu Gənclər və İdman idarəsində baş verən nöqsanların az bir hissəsini təqdim edirik və inanırıq ki, NƏZARƏTƏ götürüləcək, obyektiv, ədalətli araşdırmalar aparılaraq, hüquqi qiymət veriləcək.

Bu şəxs 2008-ci ldən bu günə kimi də rayon idmanına rəhbərlik edir.Vəzifəyə gəlməsi o zaman İcra Başçısının birinci müavini olmuş (əmizadəsi) Ceyhun Həsənovun diqqət və qayğısı və özünün "hörməti" ilə olmuşdur.(P.S:Onu da qeyd edək ki,indiki rayon İcra Başçısı Məhərrəm Quliyevin 2-ci dəfə İcra Başçısı Müavini təyin etdiyi Ceyhun Həsənov yol verdiyi nöqsanlara, sayəsində yaranmış narazılqlara görə işindən azad edilmişdir.Onun da fəaliyyəti nöqsansız olmamışdır-və deyilənlərə görə keçmiş fəaliyyətindəki korrupsiya əməlləri yüksək dövlət orqanları tərəfindən hələ də araşdırılmadadır.)


İxtisası qeyri idman ixtisasıdır.Yeri gəlmişkən 1-ci fakt-o şəxsin diplomu saxtadır.Xahiş edirik bu barədə araşdırma aparasınız.
2 -ci fakt hərbi xidmətə yararlı olduğu halda saxta yolla "hərbi xidmətə yararsız"kimi hərbi mükəlləfiyyəti var.3-cü ən kobub fakt:hərbi xidmətdən saxta yolla yayınması azmış kimi bir də "I Qarabağ savaşı iştirakçısı" kimi saxta veteranlıq statusu alıb.-Bu statusdan istifadə edərək uzun müddətdir ki,dövlətdən aldığı maaşdan gəlir vergisi tutulmur.Beləliklə bura qədər qeyd etdiyimiz hələ 3(üç) danılmaz faktın tərkibi cinayət xarakterlidir.Və bundan əlavə Dövllət Qulluğu haqqında qanunun kobud surətdə pozuntusu (Qanunun 15-1.4.maddəsi)(Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar) faktı da mövcuddur.


Nəzər düqqətinizə ərz edək ki,Elşad Həsənov adlı şəxs uzun müddətdir ki,yüksək vəzifələrdə əyləşmiş qohumlarının sayəsində rayon idmanında koruppsiya məqsədli iyrənc bir şəbəkə formalaşdırmışdlr.Onun bu günə qədər təyinatını etdiyi və etdirdiyi heç bir işçi rüşvətsiz işə qəbul edilməmişdir.(söylediklerimizin doğru olub olmamasını araşdıra bilərsiniz).Zatən o şəxsin qısa xarekteristkasının şərhindən hər şey məlumdur..


Bundan başqa 1 ay əvvəl Gənclər İdman Nazirliyinin əməkdaşlarının rayon idman idarəsində apardığı yoxlamalar nəticəsində xeyli yeyinti-mənimsəmə faktları,qanunsuz əməllər aşkar edilmişdir.Faktlar və materiallar cəmlənərək Nazirliyin daxili nəzarət şöbəsinə təqdim edilmişdir.


Pandemiya dövründə iş fəaliyyətinin qadağan bir zamanında külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı aşkar edilmişdir.-(Bu hələ pandemiya dövründə aşkar edilən faktlardır.2008-ci ldən yəni təyinatından bu günə qədər korrupsiyya faktlatları aşkar edilsə siz mənimsəmə faktının hansı həddə olduğunu təsəvvür edin).(vəzifədən sui istifadə ederek alınmış rüşvət,mənimsənilmiş ezamiyyə xərcləri,invertar xərcləri və s.) 50000 manatdan çox vəsait..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...