backend

İş adamı Elşən bəyin Əliabaddakı Mebel sexinə girişə “nazirlik” qadağa qoyub?

Zaqatala ağac qırılması bir neçə hissəyə bölünür. Belə ki, qürıntıda əsas məqsədlər, burada birinci odun tədarüküdür. Daha dogrusu, qaz təchizatı olmayan kəndlərdə odun tədarüküdür. Bu da həm kəndlilər tərəfindən, həm də bu işlə məşğul olan daha mütəşəkkil dəstələr tərəfindən baş verir. Mebel, xüsusilə taxta yeşik hazırlanması məqsədi ilə də kütləvi qırıntılar var. Bunlar artıq bir qədər böyük miqyasda, sex ölçüsündə baş verir.

Qaynarxett.az xəbər verir ki, Zaqatala rayonunun Əliabad kəndindəki Əliabad dairəsindən yolun Qax rayon istiqamətində təxminən 50-100 metr aralıda, yolun sol tərəfində yerləşən Mebel sexinə Elşən kimi tanınan məşhur iş adamı başçılıq edir. Deyilənə görə həmin sexdə taxta yeşiklər və iri tonnajlı əşyaları avtoqaldırıcı vasitəsi ilə maşınlara yükləmək üçün taxta döşəmələr (latka) hazırlanır. Deyilənə göprə Elşən meşələri qırıb talamaqda da özünəməxsus tanınmış bir "iş adamı"dır.

Bəri başdan deyək ki, həmin sexə jurnalistlərin girişi qəti surətdə qadağan olunmuşdur.

Bu günərdə əməkdaşımız həmin obyekdə olarkən Elşən bəy bildirib ki, jurnalistlərin həmin mişarxanaya daxil olmagına “nazirlik” qadağa qoyub.

Ancaq hansı nazir qadağa qoyub, onu açıqlamib.


Aidiyyatı qrumlarla bu qanunsuz fəaliyyət göstərən Mebel sexilə baglı araşdırmanı oxucuların nəzərinə catdıracagıq.


Qaynarxett.az