backend

Doğuş zamanı ölən ananın qohumu: Onu öldürdülər - VİDEO

Doğuş zamanı ölən ananın qohumu: Onu öldürdülər - VİDEO






















Faktla bağlı araşdırmalara başlanılıb

Lənkəranda doğuş zamanı ana ölümü qeydə alınıb. Üçüncü körpəsini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən Rəhimə Nuriyeva elə əməliyyat masasındaca dünyasını dəyişib.

qaynarxett.az xəbər verir ki, ANS TV-nin Lənkəran bürosunun məlumatına görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Cəlilabad rayonunun Alar kənd sakini 29 yaşlı Rəhimə Nuriyeva qeysəriyyə yolu ilə uşaq dünyaya gətirdikdən az sonra dünyasını dəyişib. Mərhumun yaxınları ana ölümünə görə həkimləri günahkar bilir.

Mərhumun qohumu Bəxtiyar Nuriyev deyir ki, Rəhimə Nuriyeva xəstəxanaya gətirilərkən onda qanaxma olub: “Tədbir görmədən əməliyyat olunsun deyə narkoz verdilər. Nəticədə dünyasını dəyişdi”.

Qohumlarının sözlərinə görə, Rəhimə Nuriyevanın vəziyyəti doğuşa qədər normal olub. Bundan əvvəl üç yaş yarımlıq qızı və yaş yarımlıq oğlu olan ana dünyaya gələcək üçüncü uşağına Həsən adını da özü verib. Amma qeysəriyyə yolu ilə dünyaya gətirilən körpənin səhhətində heç bir ağırlaşma müşahidə olunmasa da, ana əməliyyatdan sağ çıxmayıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədovun verdiyi məlumata görə, Rəhimə Nuriyeva ciftin tam ayrılması, hemoragik şok, 30-35 həftəlik hamiləlik diaqnozu ilə doğum şöbəsinə gətirilib. Vəziyyətin ağırlığı nəzərə alınaraq təcili əməliyyata götürülüb.

Mama-ginekoloq Mehparə Rufullayevanın apardığı əməliyyat zamanı körpənin həyatı xilas olunsa da, ana dünyasını dəyişib. İlkin versiya kimi ölümə kəskin qanaxma və ağciyər arteriyası tromboembeliyasının səbəb olduğu deyilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.