backend

Ağcabədidə fəaliyyət göstərən pendir sexindəki acınacaqlı vəziyyəti aidiyyəti qurumlar niyə görmür? Foto/Video

Ağcabədidə antisanitar şəraitdə pendir istehsal edən sex aşkarlanıb.

Turkdunyasi.az xəbər verir ki, sözügedən sex rayonun Acıbədəlli kəndində yerləşir. Antisanitar şəraitdə fəaliyyət göstərən saçaqlı pendir sexi Elman adlı şəxsə məxsusdur. Məlumat üçün bildiririk ki, sözü gedən sexə girməyimizə icazə verilmədiyi üçün bizdə sexin qarşısını və sexdə istifadə olunan tullantı avtomobil yağının bockalarını eləcə də, sexin borusundan çıxan və ekologiyanı korlayan, ətrafda yaşayan qonşulara cəhənnəm yaşadan qara tüstünü lentə aldıq. Adlarının çəkilməsini istəməyən qonşular bildirirlər ki, hər gün bu sex işləyir və havaya qara zəhərli tüstü buraxır. Biz kəntdə evlərimizdə bu zəhərli tüstünü ciyərlərimizə çəkmək məcburiyyətində qalmışıq. Bəli bu pendir sexinin elə qarşısından hər şey bəlli olur ki, bizim sexə baxış keçirməyimizə niyə icazə verilmədi? Axı görünən dağa nə bələdçi? Əldə etdiyimiz məlumata görə Elmana məxsus saçaqlı pendir sexində ki, təhnələrdə standartlara uyğun deyil o, cümlədən Qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədən “saçaqlı pendir” istehsal olunur. Qeyd edək ki, sexdə heç bir soyuducu sistemdən istifadə edilmədiyi, istehsalatda laborator analiz, plasterilizasiya, dezinfeksiya, deratizasiya tədbirlərinin həyata keçirilmədiyi, qablaşdırılmanın düzgün aparılmadığı, pendirin antisanitar şəraitdə hazırlandıqdan sonra hisə verilərək satışa çıxarıldığı da məlum oldu.

Ümid edirik ki, Ekologiya və Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirəcək və qanunsuz fəaliyyət göstərən sahibkar Elmanı qanunla cəzalanacaq.

Mövzunu diqqətdə saxlayacayıq.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bizimlə əl