backend

Türkiyədə zəlzələdə yaralananların sayı 50-yə çatdı – YENİLƏNİB (VİDEO

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
***09:57
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.
Haberler.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***08:55
Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Baş verən güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb. Dağıntılar var. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Düzcedə 37, İstanbulda 1, Zonguldakda 6, Sakaryada 1 və Boluda 1 nəfər olmaqla 46 nəfər yaralanıb.

Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması İdarəsi (AFAD) saat 04:08-də (Bakı vaxtı ilə 05:08) Düzce vilayətində 5,9 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Yeniavaz.com
 xəbər verir ki, qurumdan, zəlzələnin Düzce ilə yanaşı İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Bilecik, Bursa və İzmirdə də hiss olunduğu bildirilib.
Qeyd olunub ki, təbii fəlakət zamanı həyəcanlanan 63 yaşlı bir qadın infarkt keçirərək dünyasını dəyişib.
Yerli vaxtla saat 04:30-da episentri Düzcenin Çilimli rayonu olan 4,7 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Çilimli rayonunda zəlzələ 8 kilometr dərinlikdə baş verib.
“Düzcenin Gölyaka bölgəsində baş verən zəlzələdən sonra 18 yeraltı təkan baş verib. Nəzarət məqsədilə bölgədə elektrik enerjisinin kəsilməsi tətbiq edilir. Zəlzələdən sonra 4,5 və 5 bal gücündə afterşoklar gözlənilə bilər. Əgər ciddi zədələnmiş, çatlamış binalar varsa, vətəndaşlar onlardan uzaq durmalıdırlar”, – deyə AFAD-dan bildirilib.
Səhiyyə naziri Fahrettin Koca xəsarət alanlar barədə məlumat verib.
“Yaralıların sayı 35-dir – Düzcedə 32, İstanbulda 1, Boluda 1, Zonquldakda 1. Yaralıların səhiyyə müəssisələrimizdə müalicəsi davam edir”, – F. Koca bildirib.
Zəlzələ səbəbilə Düzce, Bolu və Sakarya vilayətlərində təhsil müəssisələrində bir günlük tətil elan olunub.