backend

Sumqayıtda antisanitariya vəziyyətində olan cörək sexinə kim himayədarlıq edir? - ŞOK FAKTLAR

Antisanitariya, çəkidə aldatma, əmək qanunvericiliyinin pozulması və s.

Çörək sexlərində məlum standartların pozulması artıq ənənə halını alıb. İstehlak üçün vacib olan bu ərzaq məhsulunda xüsusi ilə son zamanlar müşahidə olunan anormallıq pik həddinə çatmaqdadır. Az qala hər gün müxtəlif dövlət strukturları bu istiqamətdə yeni faktlar aşkarlayır. Daha çox Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu vacib məsələyə diqqət ayırır.
 
Təəssüf ki, dövlət qurumlarından fərqli olaraq mətbuat bu problemə diqqətsiz yanaşırmış kimi görünür. Hansı ki, bu mənada mətbuat daha da əhəmiyyətli rola malikdir. Bir müddət öncə qaynarxett.az-a Sumqayıt şəhəri 10 mikrayon, Üzeyir Hacobəyov kücəsi 133-141 də yerləşən "Oğuzmarket"in yaninda "Viloş" deyilən bir polis əməkdaşına məxsus çörək sexi ilə bağlı anoloji məlumatlar daxil olmuşdu. Məlumatlar müəyyən istisnalar olmaqla demək olar ki, ənənəvi xarakterli idi.

Məlumata görə bu çörək sexində də antisanitariya, çörəyin çəkisində aldatma, məlum əmək qanunvericiliyinin pozulması və s. kimi özbaşınalıqlar hökm sürməkdədir. Elə yerli sakinlərin də narazılığı məhz bu səbəblərdəndir...

Əməkdaşımız əldə etdiyimiz məlumatlarla bağlı sözügedən ünvanda olub, lazımı araşdırmalar aparıb. Qarşıdakı saatlarda mövzu ilə bağlı əməkdaşımızın hazırladığı geniş yazını dərc edəcəyik. Yazıdan məlum olacaq ki, ilk baxışdan kiçik görünən bu istehsal müəssisəsinin böyük "gizlinləri" var imiş.
 
Sözsüz ki, müəssisənin sahibinin mövqeyinə yer ayıracağıq.

BİZİ İZLƏYİN.

Qaynarxett.az