backend

XİN-dən kəlbəcərli girovlarla bağlı növbəti açıqlama

XİN-dən kəlbəcərli girovlarla bağlı növbəti açıqlama


[bQqaynarxett.az bildirir ki, dünən Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından seçilmiş Azərbaycan əsilli millət vəkili Ali Özgündüz Moderator.az -a göndərdiyi məktubda Türkiyənin XİN Mövlud Çavuşoğluna azərbaycanlı girovlarla bağlı aşağıdakı sualları verdiyini bildirmişdir.
[/b]
1. 2014-cü ilin iyul ayında baş verən hadisədən sonra, Hökumətiniz nəzdində nazirliyinizin azərbaycanlı əsirlər üçün Ermənistan dövləti ilə hər hansı bir danışığı olmuşdurmu? Olmuşdursa, nəticələri nələrdir? Olmamışdırsa, belə bir danışıq aparılacaqdırmı?

2. Birinin öldürüldüyü, ikisinin əsir edildiyi və pis rəftara, işgəncəyə məruz qaldığı üç azərbaycanlı üçün beynəlxalq müstəvidə hər hansı bir addım atılmışdırmı? Atılmışdırsa, nəticələri nələrdir? Atılmamışdırsa, belə bir addım atılacaqdırmı?

3. Beynəlxalq hüquqa və insan hüquqlarına zidd bir şəkildə əsir saxlanılan azərbaycanlı qardaşlarımızın azad edilməsi üçün hansı formada hərəkət planı izlənəcəkdir?

4. Nazirlik olaraq bu mövzuda bir açıqlama veriləcəkdirmi?

Məsələ ilə bağlı Moderator.az XİN-nin də mövqeyini öyrənib. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Moderator.az -a açıqlamasında bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və ikitərəfli və çoxtərəfli məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir:

"Türkiyənin beynəlxalq hüquq və ədalət prinsipləri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qətiyyətli mövqeyi vardır. İkitərəfli və çoxtərəfli əsasda münaqişənin həllinə dair bütün məsələlərdə bu mövqe ifadə olunur. Girovlarımızın azad olunması məsələsində ATƏT MQ-nun həmsədrləri prezidentlərin Həştərxan bəyanatından çıxış edərək daha qəti mövqe sərgiləməlidirlər."