backend

ÖLÜMLƏ HƏDƏLƏNİRƏM, HƏYATIM HAZIRDA TƏHLÜKƏDƏDİR!

Turantv.az və UluTv.info xəbər portalarının təsisçisi Jurnalist Mirkənan Seyidov ölümlə hədələnib. Kriminal aləmdən olduğu deyilən şəxs və ətrafı tərəfindən həyatının risk altında olduğun bildirən jurnalist Vilayət Eyvazovdan başqa bu şəxslərlə bacaracaq şəxsin olmadığınıda bizə bildirdiyi informasiyada qeyd etdi.

Məsələ ilə bağlı M.Seyidovun sosial səhifəsindəki etdiyi paylaşımı olduğu kimi sizlərə təqdim edirik:

Kəndimizə aid olan məsələlərlə bağlı müzakirə zamanı Kəramət Məmmədov mənə doğma kəsi Whatsapp üzərindən təhqir etdikdə mən məsələyə etiq qaydalar çərçicəsində münasibət bildirdim. Bu məsələdən sonra həmin Whatsapp qrupundan çıxarıldım dərhal sonra Kəramət Məmmədovun oğlu olduğunu iddia edən 04.07.2023-cü il tarixində gecə saatlarında tam olaraq 03:15 radəsində 060 2001202 NAXTEL abonenti olan Əli Məmmədli Kəramətin oğluyam dedikdən sonra mənim ünvanıma qarşı əxlaqsız ifadələr işlədərək mənim harada olduğumu israrla deməyimi və məni harda tutsa Deşik-deşik edəcəyin bildirdi. Bu şəxslə telefonda sənin bu işlətdiyin ifadələr və hədə-qorxu gəlmənə məni ölümlə hədələmənə görə qanun çərçivəsində onunla görüşəcəyimi bildirib əlaqəni kəsdim. Əlaqədən Dərhal sonra 03:17-də Daxili İşlər Nazirliyinin 102 Qaynar xəttinə zəng edərək telefon vasitəsi ilə ölüm hədəsi aldığımı və əxlaqsız ifadələrlə təhqir edildiyimi bildirdim. Saat 11-12 aralığında Binəqədi rayon 4-cü Polis bölməsinə yaxınlaşaraq şikayət ərizəmidə rəsmiləşdirdikdən sonra qeydiyyata alınmasında tam əmin oldum.
Hazırda məsələ ilə bağlı ayrı məlumat verə bilmirəm çünki ilkin təhqiqatın gedişinə əngəl yaratmaq hesab edilə bilər. Bütün baş verəcək hadisələrlə bağlı ətraflı məlumatları paylaşacağam…
Qeyd edək ki, Kəramət Məmmədov əslində bir zamanlar Kriminal aləmdə tez-tez razborkalarda adı keçən şəxslərdən olub. Məhs bu məsələlərlə bağlıda 10 ildən artıq həbs həyatı yaşamışdır. Hüquq Mühafizə Orqanlarının cinayətkarlığa qarşı mübarizəsi zamanı Kəramət Məmmədova qarşıda qanunun ən sərt üzünü göstərildikdən sonra şəxs tutduğu yoldan geri çəkilib. Bu gün oğlunun atasının getdiyi yolda irələmək istəməsi göründüyü qədər ya Hüqaq Mühafizə Orqanlarının Cinayətkarlıqla Mübarizəsində yumuşalmaların baş verməsi və ya özlərinə Hüquq Müfahizə orqanlarında yüksək ranklı şəxslərin havadarlığına etimad edərək insanları hədələmək cürəti özlərində tapdıqların düşünməkdəyəm. Bu ilk olaraq mənim subyektiv fikirimdir. Sonda qeyd edim ki, mənim həyatımla bağlı başıma gələcək hər hansı xoşa gəlməz hadisənin məsuliyyəti Hüquq Mühafizə orqanlarının üzərinə düşəcək. Mən baş verən cinayət xarakteri olan əməldən vaxtında dövlət qurumların xəbərdar etdim üzərimə düşən addımı atmışam.
Hesab edirəm ki, mənim bildirdiklərimdən sonra Daxili İşlər Naziri Vilayət Eyvazov məsələni dərhal nəzarətə götürülməsi barədə yüksək səviyyədə tapşırıqlar verəcəkdir..
E.Tağıyeva
Ulutv.info