backend

Ucar səfərbərlik sistemində OYUNBAZLIQ… – İTTİHAM VAR!

Respublikamızda Vətənə hərbi xidmət göstərmək hər bir Azərbaycan vətəndaşı üçün şərəf işi hesab olunur .
44 günlük 2-ci Qarabağ savaşında bu fakt özünün bir daha əyani təsdiqini tapmış odu.
İnsanlar -hərbi xidmətə yararlı, yararsız da,yaşı çatan da,çatmayan da, ahıl da… bir sözlə əli silah tutan hər kəs könüllü olaraq Vətənin müdafiəsinə qalxdı və onlardan bir çoxlarının geri qaytarılması yəqin ki , çoxlarının yaxşı yadındadır.
Amma bəzi hərbi komissarlıqlarda işbazlıqla məşğul olan, bu mühüm dövlət əhəmiyyətli sahədə “Qaz vurub qazan doldurmaq” məqsədinə xidmət etmək istəyənlər təəssüf ki, hələ də yox deyil.
Uzaga niyə gedək.

Elə götürək Ucar rayon hərbi komissarlığında baş verən tükürpədici, insanı sarsıdan,heç bir mənəvi-əxlaqi sərhəd tanımayan hadisəni.
Söhbət Həsrət Sahib oglu Manafovdan gedir.
Onun sag əlinin heç bir barmağı işləmir, hərbi çağırışfsn əvvəl əlinin üstündə və ovcunda tibbi əməliyyat izləri qalmaqdadır.
H.Manafovin atası yoxdur, anası ilə Sumqayıtda bağça şəhərində yerləşib.
Baş barmağı yarı işləyir.Sag əl silah tutan əldir, halbuki bir barmaı işləməyənlər hərbi xidmətə aparılmır.
Nə Ucar,nə Bakı,nə də Sumqayıt hərbi-tibb komissiyaları H.Manafovu hərbi xidmətə yararlı hesab etməyib.Belə olduğu halda Ucar hərbi komissarı onu Gəncəyə aparıb .
Orada özəl”Şəms” tibbi klinikasında hərbi xidmətə yararlı olması barədə arayış alıb.
H.Manafovun anası komissarın həkimə pul verərkən gördüyünü də bildirir.
Onu da qeyd edək ki, özəl tibb müəssisələri hərbi çağırışçılara yararlılıq və ya yararsızlıq faktını təsdiqləyən arayış vermək səlahiyyətinə malik deyillər.
Ucar hərbi komissarının komissiya oyunu yəqin ki,ilk belə hadisə də deyil.
Burda mənəm, Bagdatda kor xəlifə amalına xidmət edən bu vəzifə işbazının törətdiyi əmələ görə hansı məsuliyyət daşıdığını çox keçməz ki,onun üzünə oxuyan vəzifə səlahiyyətlisi tapılar .

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq //aktualxeber.az//