backend

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar Filialının inanılmaz dələduzluq faktları

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar Filialının inanılmaz dələduzluq faktları













Ucar rayonu 28 May küçəsi ev 43 sakini Camalov Nurlan Calal oğlu tərəfindən qəzetimizin electron poçtuna şikayət ərizəsi daxil olmuşdur. Məktubda deyilir:

“"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar Filialının müdiri Ağamalı Əzizov vəzifə səlahiyyətlərində sui-istifadə edərək anamın xəbəri, iştirakı olmadan , heç bir sənədə imza etmədən onun adını kredit götürən şəxsə zəmanətçi kimi qeyd edərək cinayət əməli törətmişdir.Beləki Bankın müdiri Ağamalı Əzizov orta məktəbdə işləyən anamdan şəxsiyyət vəsiqəsini seçici siyahısı tərtibatı adı ilə aldadıb alaraq başqa şəxsə 20.000 manat kredit verilməsində zəmanətçi kimi adını sənədləşdirmiş, anamın əvəzindən sənədə özü saxta imza etmişdir.Marağı isə bu olmuşdur ki, belə saxtakarlıq yolu ilə pulun müəyyən faizini rüşvət kimi özünə götürüb vətəndaşlara kredit pul verir.Başqa Bankdan kredit pul götürmək istədikdə zəmanətçi olduğundan anama kredit pul vermədilər və bundan sonra bizə məlum oldu ki, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar Filialının müdiri Ağamalı Əzizov anamın xəbəri olmadan onun adını zəmanətçi kimi saxtakarlıqla sənədləşdirmişdi. Sonradan öyrəndik ki, Bank müdiri Ağamalı Əzizov çoxlu sayda rayon sakinlərinin şəxsiyyət vəsiqələrini seçki siyahısı tərtibatı adı ilə alıb onların xəbəri olmadan, onların əvəzinə imza atmaqla zəmanətçi kimi saxta sənədə qeyd edib kredit pullar verib. Bank müdiri Ağamalı Əzizovdan bu saxtakarlığın səbəbini soruşduqda acıqlı cavab verib bildirdi ki, bu bankın yiyəsi çox böyük vəzifə sahibidir nə etsəniz mənası yoxdur, gözləyin bu ilin sonuna kredit ödənişi bitəcək və sizə arayış verəcəm. İndidə qalmışıq çıxılmaz vəziyətdə. Qeyd edim ki, Ağamalı Əzizovun atası Əlisa Əzizov uzun müddət Ucar rayon Maliyyə İdarəsinin müdiri vəzifəsində işləyib ötən il təqaüdə göndərilib. "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar Filialında demək olar ki, tamamilə nizamnamə pozuntuları ilə işləyirlər əvvəlcədən razılaşdırıldıqdan sonra verilən kredit pulun müəyyən hissəsini Bank müdiri özünə götürür , buna razı olmayanlara kredit verilmir.Ağamalı Əzizov Bankın failiyyətini tamamilə saxtakarlıqla qurub, dələduzluqla məşğuldur.Belə dələduzluqla məşğul olan bankın fəaliyyəti obyektiv yoxlanılarsa bu tam subut olunacaq. "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar Filialının müdiri Ağamalı Əzizovun bu əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 309 -cu (vəzifə səlahiyyətlərini aşma), və 313-cü ( vəzifə saxtakarlığı) maddələrinin tərkibini yaradır. Bu cinayət əməli barədə biz hüquq mühafizə orqanlarına, Mərkəzi Bankın sədri Elmar Rüstəmova, Maliyyə Naziri Samir Şərifova və sairə orqanlara şikayətlər etmişik.İnanıram ki, müfafiq orqanlar bu cinayət faktını obyektiv araşdırıb qanunu tədbirlər görəcəklər.Çünki ortada törədilmiş cinayət faktı var.”
Camalov Nurlan Calal oğlu ilə əlaqə saxladıq. O, dedi ki, anamın adını zəmanətci kimi deyil, məhz kredit götürən şəxs kimi sənədlərdə qeydiyyat ediblər. Amma bu kreditin götürülməsində bizim ailədən heç kəs o sənədlərə imza atmamışıq, həmin kreditdən bizim əlaqəmiz yoxdur

Ağamalı Əzimovla telefon əlaqəsi saxladıq. O, barəsində deyilənlərdən boyun qaçırdı və bizə bildirdi ki, bird aha onu bu barədə narahat etməyək.

P.S. Cənab Ağamalı Əzimovun diqqətinə çatdırırıq ki, bizim onu narahat etmək kimi niyətimiz yoxdur. O, əgər hansıza vətəndaşın adına öz məqsədləri üçün kredit götürüb, rüşvət alaraq bunu düz saya bilirsə, daha bizim deməyə sözümüz yoxdur. Amma unutmayaq ki, bu ölkədə hər kəs qanun qarşısında cavabdeh olmalıdır və inanırıq ki, A.Əzizovun da qanunsuz əməlləri cəzasız qalmayacaq.
Sonda redaksiyamıza daxil olan məlumatda Ağamalı Əzimovla şəhid ailəsinin polis idarəsində çəkişmələri getdiyi də bildirilir. Başqa bir Ucar rayon sakini təfərrüatları sabah bizə ünvanlayacağını söylədi.

V.Elturan