backend

“Aztelekom“da əməliyyat – HƏBS OLUNANLAR VAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində FETÖ əməliyyatı keçirilib.

Gununsesi.info xəbər verir ki, hüquq-mühafizə orqanları nazirliyin tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkəti olan “Aztelekom”da 2 şəxsi həbs edib.

Onların FETÖ-çu olduğu ehtimal edilir.

Həmin şəxslərə rəsmi ittihamın nədən ibarət olması bilinmir.

Məsələ ilə bağlı “Aztelekom” Gununsesi.info-nun sorğusunu qəbul etsə də, cavablandırmayıb.