backend

Kəlbəcər köçkünlərindən Xocalının polis rəisinə ittiham

Goranboy Rayonunun Meşəli kəndində məskunlaşan bir qrup Kəlbəcər köçkünü  Xocalının polis rəisi Zaur Nəbiyevdən şikayətçidir.
Bu barədə Gununsesi.info-ya müraciət edən kəlbəcərlilər bildirir ki, polis rəisi Xocalı polisinin mühafizəsi altında olan ərazidəki mal-qara oğurluqlarını  ört-basdır edir.

Arif Əhmədov, Şamil Abdullayev, Ceyhun Kərimov, Zemfira Kərimova, İlqar Məhərrəmov və başqa şikayətçilər bildirir ki, müxtəlif dövrlərdə 80 başa məxsus iri buynuzlu heyvan, 20-yə yaxın atları oğurlanıb.

Sakinlər iddia edir ki, polisə oğruların kim olmasına dair ip ucu verilsə də amma iş açılmır: “İndi bir nəfər tutublar. Bütün oğurluqları onun üstünə atmaqla, bu cinayətləri bağlamaq istəyirlər.  Biz sizin media vasitəsi ilə Daxili İşlər Nazirliyinin rəhbərliyindən bu şikayətləri araşdırmağı xahiş edirik. Biz cənab nazirdən xahiş edirik ki, Zaur Nəbiyevin bu işi asanlıqla bağlamasına yol verməsin”.

Qaynarxett.az xəbər verir ki, 22.08.2020-ci ildə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmrinə əsasən Polkovnik-leytenant Zaur Nəbiyev Xocalı rayon Polis Şöbəsinə rəis təyin olunub. O, bu vəzifəyə təyinat alana qədər Binəqədi Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.