"Redaksiyamıza Cəlilabad və Masallıdan Cənub zonasında olan "meşə soyqırımlar"ı və çay yataqlarının qazılıb orada kı, gil və qrabilin daşınması barədə çoxsaylı şikayət məktubları daxil olur. Ardı-arası kəsilməyən şikayətlər bizləri də narahat edir. Amma buna baxmayaraq Vüqar Kərimova söykənən "meşə quldurlar"ı öz məkrli işlərindən əl çəkmək istəmirlər. Vətəndaşlar bildirir ki, aidiyyatı orqanlar bizim şikayətlərimizə baxmadığı üçün, o zaman siz jurnalistlərdən kömək istəməli oluruq.
Redaksiyamıza Cəlilabad rayon Ağdaş kənd sakini Nəhmətov Əli Əhməd oğlu bir videomüraciətlə şikayət məktubu ünvanlayıb. Onun sözlərinə görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində heç nə dəyişməyib. Sadəcə olaraq gözdən "pərdə asmaq" üçün direktor Adəm Ismiyevi tutduğu vəzifədən uzaqlaşdırıblar. Bəs onun etdiyi cinayətlər nə oldu?!
Faiq Əmişov meşələri talan edib və şiddətli töhmət alıb . Amma buna baxmayaraq, ona Mərkəzin direktor vəzifəsini həvalə ediblər. Bu nə dərəcə də doğrudur?! Baş mühafizə mühəndisi Abturab Bağırov iki ay öncə şiddətli töhmət alıb , meşələri talan edən, meşə torpaqların satdığı üçün 2013-cü ildə (icbarı) məhkum olunan, meşələrdə süni balıqçılıq gölləri saldıran, dövlət meşə fondunda mal-qara tövlələri saldıran, meşəni örüş kimi ferma sahiblərinə satan, vəzifəsindən sui-istifadə edib, şəxsən özü və yaxın qohumları Masallı meşəbəyliyinin 20 saylı dolayında meşə zolağların zəbt edib orada əsas tikililər salan, dövlət meşə fondu torpaqların ev yeri kimi vətəndaşlara satan və s.
Baş mühasib Mansur Nurəliyev şəxsən özü material alverilə məşqul olur, sentyabr 2021-ci il tarixdə maşına oturub, gedib Cəlilabad meşələrindən qeyri-qanuni yolla 14 m³ işlik matetial gətirib Binə Xocavar kəndində satmışdır. Əgər bir yerdə ki, mühasib sexlərə material satır, deməli orada idarəçilik yoxdur. Biz nə vaxta kimi bu meşə quldurlarının etdiyi cinayətlərə göz yumacayıq və onlar da bizim gözlərimiz görə-görə Planetimizin "ağ ciyəri" adlanan meşələrimizi qırdırıb, satdırıb özləri üçün kef çəkəcəklər.
Vətəndaş sözügedən "meşə mafiya"sının arxasında nazir müavini Vüqar Kərimovun durduğunu bildirir.
Biz cənab Prezidentdən xahiş edirik bizlərə kömək etsin, yoxsa meşələrimiz əldən gedir".
İddia olunanlarla bağlı Qaynarxett.az olaraq qarşı tərəfin də mövqeyini işığlandırmağa hazırıq.
Qaynarxett.az