backend

"O qədər mənəvi tənəzzül yaşayırıq ki.." - Alimimiz OD PÜSKÜRDÜ

"Ölkənin alimi ya İsa Həbibbəyli olub yaşamalı, ya da İdris Abbasov olub gəbərməlidir, evsiz-eşiksiz qalmalıdır, ucuz kirayə ev axtarmalıdır, imkanı çatmadığı üçün övladının təhsilini yarımçıq qoymalıdır, bəlkələrin ağuşunda ədalətli cəmiyyət arzusu ilə bu dünya ilə vidalaşmalıdır". DİA.AZ bildirir ki, bunu öz etiraz xarakterli açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov ifadə edib.

"Yaltaqların, satqınların, acgödən və tamahgirlərin sayəsində vicdansızlar, mərhəmətsizlər, oğrular və rüşvətxorlar ölkəsinə çevrilmişik" deyə etirazını daha da sərtləşdirən alimimiz tazır:

"Dövlətə, qanunlara, humanizm prinsiplərinə deyil, məhz İsa Həbibbəylilərin şəxsi kurallarına baş əyən, onların istədiyi kimi olanlar yaşamaq hüququna sahibdirlər. Amma o yaşamaq da yaşamaq deyil, çox irənc və utancverici bir mövcudluq formasıdır.

Sanki müharibə aparıb minlərlə gəncimizi şəhid verən, minlərlə ananın gözüyaşlı, qəlbi sınıq qaldığı ölkə biz deyilik. Bu qədər qansız, qəddar, vicdansız, bişərəf olmaq üçün heyvan olmaq yetərlidirmi?!

O qədər mənəvi tənəzzül yaşayırıq ki, ölkənin hərtərəfli təminat altında olan yazıçısına "Ana dilini öyrən!" deyildiyinə görə ölkədən qaçmaq istəyir. Bəs onda haqqını yediyiniz, minimum yaşayış vasitələrindən məhrum etdiyiniz İdris Abbasovlar neynəsinlər? Ölkənin altını üstünə çevirirsiniz, yeyirsiniz, daşıyırsınız, üstəlik, Ana dilinə nifrət edirsiniz, Vətənin idiotizmə tabe olmayan vicdanlı övladlarına da həqarət edirsiniz".