backend

Kamal Əhmədovun Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR

Bir ölkənin gələcəyi tərəqqisi inkişafı onun öncəliklə təhsil sistemindən başlayır. Təhsil sistemi mükəmməl bir bünövrəyə, təmələ maliksə orda inkişaf daha güclü olacaq. Əlbəttə ki, bəzi məktəbləri buna aid etməsək. Məktəb təlim-təhsil, bilik ocağıdir. Müəllim ziyalı əməyinin bəhrəsi şagird, tələbə isə gələcəyimiz olan gənclərdir. Əziz oxucular, aşagıda bir müəllimin işlədiyi təhsil ocagında baş verən qanunsuzluqlar barədə şikayətini dərc edirik. (Şikayətcinin kimliyi müəyyən səbəblərdən təqdim olunmayıb.Red.) 

Prezidentimiz H .Əliyev müəllımlik sənətini şərəfli bir peşə adlandırsa da bəzı məktəblərdə işlədiyım Mingəçevir Turizm kollecində müəllımə heç bir qiymət verilmır (yuxarıdan tapşırilanlar xaric). Dəfələrlə xanım və kişı müəllimləri təhqir edib, uşaqlar qarşısında şou göstərilib. Məktəbin direktoru Kamal Əhmədov pedaqoji, metodiki, təşkilatı təcrübəsi olmayan, danışarkən etika qaydalarına nəzarət etməyən müəllimlik peşəsındən bixəbər, kobud təkkəbürlü eqaist bir şəxsdır. Məktəb müəllimlərinin yuxarı dairələrə şikayətlərinə baxmayaraq onunla bağlı heç bir ınzibati tənbeh olunmayıb. Beləlliklə "yenilikçi" K.Əhmədov ilk işini müəllımlərdən başladı, köhnə müəllimlər ışdən çıxarıldı, yeni müəllimlər, ştatdankənar işçılər işə götürüldü, qruplar, tələbələrin dərs saatları azaldı, işdən çıxan müəllimlər məhkəmə yolu ilə təzmınat ödənilməsi şərtilə geri qayıtdı, bəzı müəllımlər yuxarı dairələrə şıkayətlər yazdılar. bəzısı isə benzin gətiriıb özünü yandırmaq istədilər. Qeyd edim ki, məktəb "San Marino" Akademiyası adı ilə, Əyyub Əyubovun başçılıgı ilə fəaliyyətə başlayıb, sonra isə müxtəlif adlarla fəaliyyətini davam etdirib.


Genış ərazəyə mənsub olan, bu məktəbdə müxtəlif ixtisaslar üzrə tələbə və müəllım heyəti çoxluq təşkil etsə də, rüşvət açıq-aydın pik həddə çatmışdı. Ə.Əyyubov işdən kənarlaşdırıldıqdan sonra məktəbin həm yeri, həm də direktoru dəyişdirildi. Yeni direktor Səid Salayev bir müddət işlədikdən sonra yerini Kamal Əhmədova təhvil verdi. İşlədiyi 4 il mənim də dərs saatım azaldı, və mən də turizm agentliyinə, Fuad Nağıyevə məktub yazsam da heç bir nəticə olmadı, əksınə məktəbdə təzyiqlərə məruz qaldım, jurnalda adları olub özləri olmayan tələbələrə qiymət yazılmasını məndən xahiş edən direktorun sözünü yerə saldığıma görə mənı hüquqşünas Anar Nəcəfovla birlikdə, guya mən uşaqlardan meyvə istəmişəm, sonra meyvəni pulla əvəz etdilər, mənı şərləməyə çalışdılar. Daha sonra başqa metodlara əl atdılar, özü də daxıl olmaqla jurnallarda səhv yazan 35 müəllimdən yalnız mənə töhmət yazıldı, maaşım tutuldu, premyamı110 manat kəsildi. Son 1 ildə premyalar onsuzda verilmir, yalnız icbari tibbi sığordan keçmək üçün 50 mmanat almışam. Ümumiyyətlə, müəllım şəxsiyyətinin qorunması K. Əhmədov kimi rəhbərlərdən qorumaq üçün müəllim heyəti kimə müracıət edəcəyimizi bilmirik. Məktəbin büdçəsindən ayrılan pullar yalnız ştatdankənar müəllımlərə, özünün şəxsi mənafeyi üçün istifadə edilir. Həmkarlarınsa müəllimlərə ilin sonunda mükafatı 15 manat puldur. Öz maşınlarına ayırdıqları benzin pulu öz komandasılə gəzintilərə sərf etdıkləri pullar isə daha yüksəkdir. Məktəbin büdcəsi isə boşdur, niyə, onu bilən yoxdur. Ödənişlı oxuyan tələbələr təzyiqə məruz qalırlar, məktəbdən çıxarəlmaları ilə hədələnirlər. Müəllimlər isə hazırda pensiya fonduna keçirilən pulların azaldığı üçün narahatdırlar. Direktor isə keçməyən müəlliminə töhmət verəcəyinı söyləyir.

Veysəl ƏYLİSLİ
Qaynarxett.az