backend

Avropa Qarabağ separatçıları ilə danışıqlara başlayır - Nonsens

Avropa Qarabağ separatçıları ilə danışıqlara başlayır - Nonsens




















“Biz Dağlıq Qarabağın nümayəndələri ilə dialoqu mütləq davam etdirəcəyik”

Belə bir bəyanatla Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber çıxış edib.

H.Zalber Avropa İttifaqı ilə bədnam “Dağlıq Qarabağ Respublikası” arasında əməkdaşlığın bundan sonrakı inkişaf perspektivləri məsələsinə toxunarkən belə deyib.

“Biz bu qəbildən olan dialoqu, bu gün aramızda olan indiki sayaq təmasları mütləq davam etdirəcəyik. Bu mənim Dağlıq Qarabağ nümayəndələri ilə ilk görüşüm idi. Biz bu dialoqu davam etdirəcəyik. Ondan sonra isə bu təmasları davam etdirmək üçün daha hansı yollar tapmaq mümkün olduğunu öyrənə biləcəyik” - deyə H.Zalber bildirib.

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber bu gün - fevralın 10-da Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanla görüşüb və danışıqlar aparıb/virtualaz.org/.