Son dəqiqə
» » Ceyranbatan su anbarında qadın meyiti AŞKARLANDI

Ceyranbatan su anbarında qadın meyiti AŞKARLANDI

27.06.2024, 12:57 3 741 1 dəq oxunur
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının ərazisində suyun üzərində bir nəfər qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Musavat.com FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.