backend

İşə düzəltmək adı ilə dələduzluq edən şəxs saxlandı - VİDEO

Naxçıvanda polis işə düzəltmək adı ilə dələduzluq edən şəxsi saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Naxçıvan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Naxçıvan şəhər sakini Bəxtiyar Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

B.Quliyevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə "102" Zəng Mərkəzinə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin (036 545-08-03, 036 545-28-96) telefon nömrələrinə məlumat vermələri xahiş olunur.