backend

Azərbaycanda dəmiryolu vağzalında intihara CƏHD: - polis qarşısını aldı

Xaçmazda intihara cəhd hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən axşam Xaçmaz dəmir yolu stansiyasının ərazisində baş verib.

Rayon sakini olan qadın özünü öldürmək üçün relslərin üzərindəki yerüstü keçidə çıxıb. O, özünü həmin keçiddən qatarın qarşısına atmaq istəyib.

Lakin ərazidə olan polis əməkdaşları qadının bu əməlinin qarşısını alıblar.

Onun hansı səbəblə özünü öldürmək istəməsi isə hələlik bəlli deyil.