backend

İlham Əliyev yeni QSC yaratdı

İlham Əliyev yeni QSC yaratdı






















Prezident sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

qaynarxett.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, yeni QSC-nin səhmləri dövlətə məxsus olacaq.

Cəmiyyət əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.