backend

Facebook qatilinin cəzası yüngülləşdirilmədi – FOTO

Facebook qatilinin cəzası yüngülləşdirilmədi – FOTO

Novruz görüşə tanışları Fərid və Elvinlə gəlib

Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə Bakı ş. sakini Rüfət Fiqarovun (1988-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) və 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə və satma) maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi yekunlaşıb.

qaynarxett.az xəbər verir ki, ibtidai istintaq materiallarına əsasən, 2013-cü il mayın 1-də bir qrup şəxs arasında “İnterplaza” otelinin arxasında kütləvi dava baş verib, nəticədə Rüfət Fiqarov 17 yaşlı Novruz Cəfərova, 20 yaşlı Fərid Mustafayevə və 21 yaşlı Elvin Abdullayevə bıçaqla xəsarətlər yetirib.

Yaralılar Kliniki tibbi mərkəzə çatdırılsalar da, həkimlər Cəfərovun həyatını xilas edə bilməyiblər. Həmin gün şübhəli şəxs Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, ilkin olaraq rayon prokurorluğu tərəfindən CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb.

İstintaqla müəyyən edilib ki, hadisəyə Facebook sosial şəbəkəsində yaranan mübahisə səbəb olub, virtual aləmdə bir-biri ilə yazışan Rüfətlə Novruz əvvəlcə ünvanlarına nalayiq ifadələr işlədiblər, sonra isə mobil telefon vasitəsi ilə əlaqə saxlayıblar və Ə.Topçubaşov küçəsi, 341 ünvanında görüşmək barədə razılaşıblar. Görüşə Rüfət xalası oğlu ilə, Novruz isə tanışları Fərid və Elvinlə gəlib. Mübahisəni sözlə həll edə bilmədiklərinə görə aralarında dava başlayıb və Fiqarov cibindən bıçaq çıxararaq həmin şəxsləri yaralayıb. Qeyd edək ki, mərhum orta məktəbin 11-ci sinfində oxuyub, saxlanılan şəxs isə Dövlət Neft Şirkətinin İnformasiya İdarəsində işləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Fiqarov 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsasında cinayət işi Bakı Apellyasiya Məhkəməsində araşdırılıb.

Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılıb.