backend

Dövlət adı altında talançılıq - (Araşdırma)

Dövlət adı altında talançılıq - (Araşdırma)
















...Hər şey Qurban Abbasov küçəsi, 33 ünvanındakı binanın (Səbayel Rayon Məhkəməsinin binasının düz böyründə, Dövlət Bayraq Meydanından bir qədər aralıda) sakinlərinin polisin gözü önündə küçəyə atılmasından başlamışdı

Qaynarxett.info xəbər verir ki, Virtualaz.org və haqqin.az saytları bu haqda yazmış və bildirmişdi ki, həmin bina dövlət tərəfindən qorunan arxitektura əhəmiyyətli tikililər siyahısına daxil idi. Məhz idi...

Həmin hadisəni qısaca yada salaq ki, bütün Bayıl yamacına sahiblənmək istəyən mütəşəkkil cinayətkar dəstənin əməllərinin mahiyyətini anlamaq çətin olmasın.

O zaman həmin binaya gələn üç nəfər özlərini sakinlərə icra hakimiyyətinin işçiləri kimi təqdim etmişdi. Onlardan biri - Arzu Məmmədov bu ərazidəki torpaqların dövlət ehtiyacları üçün alınması barədəki qanunun tələblərini əsas gətirərək bildirmişdi ki, bu bina söküləcək, sakinlərin buradan yığışıb köçmək üçün bir ay vaxtları var.

Dövlət adı altında talançılıq - (Araşdırma)























Bina sakinləri kompensasiya barədə sual verəndə A.Məmmədov onlara belə cavab vermişdi: “Qanuna görə, sakinlərə hər kvadratmetr yaşayış sahəsi üçün 1000-2000 manat arasında kompensasiya veriləcək”.

A.Məmmədov sakinlərin maddım-maddım baxdığını görərək amiranə səslə əlavə etmişdi: “Yadınızda qalsın: dövlət alver eləmir”.

Bu ultimatumdan bərk qorxmuş bina sakinləri elə həmin gün hərəsi öz kanalı ilə araşdırıb öyrənmişdilər ki, Arzu Umud oğlu Məmmədov və onun yanında olan idmançı görkəmli, qalstuklu iki adamın heç biri nə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH), nə də paytaxtın hər hansı bir rayonunun icra hakimiyyətində işləmirlər, BŞİH-də və RİH-lərdə ştatda ümumiyyətlə belə adamlar yoxdur, orada belə adamlar tanımırlar...

Dövlət adı altında talançılıq - (Araşdırma)




















A.Məmmədov və adamları yenidən gələndə sakinlər bunu onların özlərinə də deyiblər. Amma A.Məmmədov və dəstəsi bunu nəinki heç vecinə də almayıb, hətta sakinlərə hədə-qorxu da gəlib: “Siz kimsiniz ki, bizdən arayış tələb edirsiniz? Sizin müraciət etdiyiniz instansiyalar evinizin sökülməsi qərarını haradan bilsinlər? Bilə də bilməzlər. Buna imkanları çatmaz. Siz məndən sənəd tələb edirsiniz. Mən də deyirəm: sənəd mən özüməm, bir də yanımdakı bu adamlardır. Biz canlı sənədlərik! Bizə sizin evinizi sökmək səlahiyyəti lap yuxarılardan verilib. Əgər durub hüquqdan-qanundan danışmağa başlasanız, axırı yaxşı olmayacaq. Bilirik ki, bəziləriniz polisə müraciət etmisiniz. Orada da deyiblər ki, məsələdən xəbərdardırlar. Düzdürmü?”

Sakinlər susub. Çünki belə idi. Yoxsa polis o dəqiqə hadisə yerinə gələrdi.

Sakinlərin qorxduğunu hiss edən A.Məmmədov səsinin tonunu qaldırıb: “Bir aydan sonra kim buradan çıxmasa, biz polis-zad gözləmədən hamının mitilini küçəyə atacağıq”.

Buna etiraz etmək istəyənlər hədələnib. A.Məmmədovun yanındakı idmançı cüssəli şəxslərdən biri - Rasim Əliyev xüsusilə canfəşanlıq edib: “Siz kimsiniz axı?”

“Mən 13 saylı mənzilin sahibi Rinat Boqautdinovam. Heç olmasa sizə söküntüyə icazə verən sənədi göstərin” - deyə sakinlərdən biri bildirib.

R.Əliyev cavabında yumruqlarını göstərib: “Bu da sənəd. Biz Prezident Administrasiyasının zərbə dəstəsiyik. “Spesnaz” kimi bir şeyik. Boşboğazları yerində oturduruq...”

Boqautdinovlar ailəsi və daha iki ailə inad göstərib evlərindən çıxmayacaqlarını, 60 kvadratmetr yaşayış sahəsi üçün cəmi 80 min manat verilməsinin xəsislik və fırıldaqçılıq olduğunu bildirəndə açıq hədə ilə üzləşiblər.

A.Məmmədov onları qorxudub: “Siz bilirsinizmi ki, kimə qarşı çıxırsınız? Buranı almaq istəyən şəxs çox böyük adamdır. Onun bir sözü ilə sizi ilim-ilim itirərlər”.

Bu ailələrin əşyaları elə həmin gün küçəyə tökülüb...

Hələ o zaman sual yaranmışdı: bütün bunların arxasında doğrudanmı Arzu Məmmədov adlı şəxs dayanır? Axı evlərin sökülməsinin və sakinlərin köçürülməsinin dövlətin maraqlarına uyğun aparıldığına dair hökm çıxarmış hakim Rauf Əhmədovun qəribə və qanunsuz qərarı da bunu dolayısı ilə təsdiqləyirdi. Lakin...

Məhkəmələrin, polislərin, BŞİH-in araşdırmaq istəmədiyi, daha doğrusu, araşdırmağa qorxduğu məsələni haqqin.az saytının əməkdaşları araşdırmağa nail olub. Bəlli olub ki, Arzu Məmmədov və dəstəsi eyni komandanın üzvləridir, necə deyərlər, eyni gəminin ekipajıdır. Bayıl buxtasında dayanan və üzərinə “Azer İmport” yazılan gəminin... Onların isə heç bir “spesnaz”a aidiyyəti yoxdur. Axı heç Prezident Administrasiyasında belə bölmə də yoxdur...

Dövlət adı altında talançılıq - (Araşdırma)





















Biz o zaman “Azer İmport”un həmin kompensasiya oyunundan yazanda əslində başqa bir mətləbin də üstünü açmışdıq. O zaman Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi Rəşad Məmmədov bizi heyrətləndirən açıqlama vermişdi. O, məsələyə reaksiya verərək “Azer İmport”a heç bir bağlılğının olmadığını bildirmişdi. Dediyindən belə çıxırdı ki, həmin şirkətin sahibi Azər Əsgərov adlı biridir.

Amma Arzu Məmmədovun ağzından qaçırdığı sözlər başqa məsələləri gün işığına çıxardı. Rəşad Məmmədovun 33 saylı binanın ələ keçirilməsindəki iştirakı artıq şübhə doğurmurdu. Hüquqi və kommersiya bicliklərində yaxşı təcrübəsi olan Rəşad Məmmədov 2011-ci ildə Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi olandan sonra “Azer İmport”u üçcə günün içində yaxın qohumu Azər Əsgərova “satıb”. Əslində firmanı onun adına keçirərək sənədləşdirib. Axı R.Məmmədov dövlət məmuru kimi daha leqal bizneslə məşğul ola bilməzdi.

Amma sual yaranır: Azər Əsgərov ağlına Bayraq Meydanı ətrafında olan ərazilərin hamısını ələ keçirmək kimi dahiyanə ideya gəlmiş xozeyininin, yəni R.Məmmədovun əmrindən çıxa bilərdimi?

Elə görünə bilərdi ki, 33 saylı bina ilə bağlı baş verənlər yeganə, istisna haldır. Amma yox! Məlum olur ki, “Azer İmport”un komandası xoşuna gələn yerlərin hamısını 2011-ci ildən etibarən gözaltı eləyib. Bu ərazidəki qiymətli daşınmaz əmlakı - evləri, biznesmenlərin obyekt və ofislərini ələ keçirmək taktikası yürütməyə başlayıb. Bütün yazılmış və yazılmamış qanunlara məhəl qoymadan...

Bunu təsdiqləyən bir faktı deyək. Onu haqqin.az saytının müxbirinə Bayıl qəsəbəsi, Xanlar küçəsi, 8 saylı ünvandakı obyektin - “Unikal LTD Co” şirkətinin işçiləri hələ bir müddət əvvəl danışmışdılar. Onlar o vaxt deyirdilər ki, həmin binanın yarısı uçurulub. Belə məlum olub ki, bina, daha doğrusu, onun yerləşdiyi əlverişli ərazi “Azer İmport”un sahiblərinin diqqətini cəlb edib və onlar bunu ələ keçirməyə çalışıblar. “Unikal LTD Co” şirkətinin ofisinin yerləşdiyi bu bina “Azer İmport”un hücumlarına tuş gəlib. İş o yerə çatıb ki, ofisin işçiləri binanı “Azer İmport”un hücumlarından qorumaq üçün binanın qarşısında gecə-gündüz növbə çəkiblər. Özü də ofisin ərazisini yük maşınları ilə dövrələməklə..

Dövlət adı altında talançılıq - (Araşdırma)

















“Unikal LTD Co” şirkətinin əməkdaşlarının dediyinə görə, “Azer İmport”dan olanlar özlərini əsl qanqster kimi aparırımış. Gündüz günorta çağı ağır texnikanı tökərək binanı uçurmaq istəyiblər. Amma ofisin işçiləri buna mane olub. Düzdür, o zaman söküntü dayanıb, “Azer İmport”un o ərazini ələ keçirmək cəhdləri isə yox. “Azer İmport” başqa bir şirkətin qanuni obyektini sökməyə gələrkən əlində buna heç bir icazə, rəsmi sənəd, məhkəmə qərarı və əsas olmayıb. Şirkətə heç adicə xəbərdarlıq da edilməyib. Sadəcə özləri ilə bir neçə polis də gətirərək sökməyə başlayıblar.

Söküntü işləri yalnız “Unikal LTD”nin sahibi hadisə yerinə gəlib çıxanda dayandırılıb. O, obyektinin mülk kağızını (“kupça”) göstərəndən sonra “Azer İmport”dan gələnlər çıxıb gediblər. Məlum olub ki, “Unikal LTD”nin sahibi bu binanı hələ 2008-ci ildə 350 min manata və tam qanuni şəkildə alıbmış. Təmirə və mebel təchizatına isə daha 160 min manat xərcləyibmiş!

“Azer İmport” isə heç nəyə məhəl qoymadan onun yarısını söküb. “Unikal LTD” əməkdaşları aylar uzunu növbə çəkiblər ki, “Azer İmport”dan gəlb ofislərinin binasını tam sökməsinlər. Nəticədə şirkətin işi iflic olub, o, xeyli ziyana düşüb.

Maraqlıdır, Arzu Məmmədov hələ o zaman deyirmiş ki, onların “Azer İmport” şirkəti bu ofisi söküb yerində yaraşıqlı bina tikəcək, çünki “Unikal LTD”nin ofisi guya Bayraq Meydanının görünüşünü korlayır. “Unikal LTD”nin işçiləri isə cavabında deyib ki, bina tikmək lazım olsa, elə özləri də tikər.

O zaman A.Məmmədov qarşı tərəfi hədələyib və belə deyib: “Buna heç kim icazə verməyəcək. Əgər siz burada bina tikməyə cürət etsəniz, Ekologiya Nazirliyi ağacları kəsdiyinizə görə sizi cərimələyəcək. Bilmək istəsəniz, əslində “Unikal LTD”nin sahibi burada bina tikmək istəyirdi. Amma BŞİH buna icazə vermədi. Ekologiya Nazirliyi isə şirkətinizi hədələdi ki, əgər burada bir ağac kəsilsə, məhkəməyə veriləcəksiniz. Çünki bu ağaclar kəsilsə, yamacda sürüşmə olacaq”.

“Unikal LTD” işçilərinin sözlərinə görə, “Azer İmport”dan gələnlər Arzu Məmmədov və Rasim Əliyev adlı şəxs özlərini o qədər harın aparırmış ki, az qala “Unikal LTD”nin işçilərini də döyəcəkmişlər. Deyirmişlər ki, siz çox zəif adamlarsınız, keçin bizim tərəfə, bizim nə Abutalıbovla, nə polislə, nə prokurorluqla, nə də nazirliklərlə heç bir problemimiz yoxdur, Rəşad Məmmədov isə Azər Əsgərova sizə yaxşı maaş verməyi də tapşırıb və s.

Bir sözlə, Arzu Məmmədov “Unikal LTD”nin işçilərini ələ almağa, satın almağa çalışıb. Amma bu cəhdləri nəticəsiz qalıb. Onlar rədd cavabı alandan sonra qəzəbli halda geri dönüblər. Amma tezliklə yenidən qayıdaraq gətirdikləri nağd pulları “Unikal LTD”nin əməkdaşlarına göstəriblər. Onları bu yolla şirnikləndirməyə çalışıblar. Amma yenə faydası olmayıb...

Bu məlumatları alandan sonra haqqin.az saytı olaraq “Azer İmport” şirkəti ilə bağlı araşdırmaya başladıq.

Bu şirkətin adına Azad Sahibkarlığa Yardım İctimai Birliyinin məlumatlarında iki dəfə rast gəlmək olar. 2011 və 2012-ci illərə aid məlumatlarda “Azer İmport”un adı hər dəfə neqativ planda keçir. O hesabatlardakı quru faktlardan belə məlum olur ki, “Azer İmport” heç nəyə məhəl qoymadan və hüquq-mühafizə orqanlarının fəal dəstəyi ilə insanların şəxsi mülklərini, evlərini, obyektlərini, torpaq sahələrini ələ keçirməklə məşğul olub.

“Azer İmport” bu əməlləri ilə hələ 2010-cu ildən “məşhurlaşıb”. Bunu da nəzərə alaq ki, şirkət özünü məhz dövlətin irimiqyaslı təmir-tikinti işlərinə başladığı vaxt göstərməyə başlayıb. Buzovna-Zuğulba-Bilgəh yolu çəkiləndə şirkət orada peyda olub. Bu yolun hər iki tərəfi boyunca vətəndaşlara məxsus mülklər, torpaq sahələri uzanıb gedirdi. “Azer İmport”un komandası həmin əraziləri təzyiq yolu ilə ələ keçirdi.

M.Məmmədova adlı sahibkar öz mağazasından beləcə məhrum olanlardan biridir. Ona məxsus olan 120 kvadratmetrlik ərazi çox müəmmalı şəkildə “Azer İmport”un əlinə keçib.

Buzovna qəsəbəsinin sakinləri A.Baxşıyevin, M.Məmmədovun, V.Əliyevin və digərlərinin halal mülkləri də şirkət tərəfindən eyni yolla - təzyiq və quldurluq yolu ilə qəsb edilib. Bu qəsbkarlıq əməliyyatı polis nəzarəti altında həyata keçirilib.

Bu açıq banditizmin qurbanı olan vətəndaşların üz tutduqları məhkəmələr isə elə qərarlar veriblər ki, bunu sağlam ağılla dərk etmək mümkün deyil. Həmin qərarlar konstitusiyanın bütün müddəalarının üstündən çalın-çarpaz xətt çəkir...

Əvvəlki illərə aid bu faktı xatırlamağa əsas var. “Unikal LTD” şirkətinin əməkdaşları bu günlərdə haqqin.az saytının redaksiyasına yenidən müraciət edib və kömək istəyiblər.

“Dərdimizi deməyə yer tapmırıq. Bizi heç yerdə dinləmək istəmirlər. “Azer İmport”un adı çəkilən kimi hamının sifəti qaralır. Hamı yaxasını kənara çəkir. Halbuki o şirkət bizi qarət edib. Bizim bir ümid yerimiz var. Eşitdiyimizə görə, sizin saytın məqalələrini hakimiyyət nümayəndələri də oxuyurlar. Ona görə sizə müraciət edirik.

Biz öz obyektimizi qoruya bilmədik. Baş direktorumuz da hücumların qarşısında tablaya bilmədi. O, bizə obyektin mühafizəsini dayandırmaq göstərişi verdi. Bircə gündən sonra qayıdıb gördük ki, ofis yoxdur, uçurublar. Obyektin sahibinə tam kompensasiya da vermədilər. İndi başqa yerdə ofis kirayələyib oturur. Bizim obyektin yerində hazırda lüks bir çoxmərtəbəli iqamətgah ucaldılmaqdadır. Oradakı ağaclar da kəsildi. Baxmayaraq ki, Azər Məmmədov bizim ofisin sahibini onda Ekologiya Nazirliyi ilə, məhkəmə ilə, sürüşmə ilə hədələyirdi.

Dənizə panoraması olan o binada bir kvadratmetrin qiyməti azı 10 min manat olacaq. Bunu özümüzdən demirik. Bunu bizə özünü həmin binanın sahibi kimi təqdim edən Niyazi Orucov adlı qəribə bir adam deyib. Niyazi Orucov bu bina haqda danışanda heç vaxt “mənim binam” demir, “bizim binamız” deyir. Bilirsinizmi niyə? Çünki bina onun deyil, o, sadəcə həyasızcasına qəsb edilmiş bir obyektin yerində tikilən binadan götürəcəyi gəliri hesablayır” - deyə “Unikal LTD” şirkətinin əməkdaşları bildirdi.

Orucov soyadı bəzi detalların fonunda bu sətirlərin müəllifinə də tanış gəldi. Orucov soyadı “Azer İmport” şirkəti Qurban Abbasov küçəsi, 33 ünvanındakı binanı köçürən zaman da çəkilmişdi.

Dövlət adı altında talançılıq - (Araşdırma)
















O vaxt cib dəftərçəmə yazdığım qeydlərdən bunları oxuyuruq: “Alıcı qismində həmişə eyni bir adam çıxış edir - “Azer İmport” şirkətinin “sadə, sıravi” əməkdaşı Niyazi Orucov. Görünür, Orucov öz adının heç bir vergi sənədinə düşməsini istəməyən və buna nail olan gizli milyonçudur. Orucov leqal bizneslə məşğul olsaydı, vergi ödəməli idi. Əgər qeyri-leqal bizneslə məşğuldursa, bunu necə edir? Bu, vergi orqanlarına yox, prokurorlara ünvanlanan sualdır. Axı alqı-satqı aktlarından da görünür ki, bu adam həmin binadakı mənzillərin alqı-satqısına 4 milyon manatdan çox vəsait ayırıb. Bəs bu necə olur ki, vergi əməkdaşlarının tanımadığı bu milyonçunu Hacıbala Abutalıbov tanıyır? Bu Niyazi Orucovun Hacıbala Abutalıbova bircə məktub yazması kifayət idi ki, BŞİH onun heç bir icazə olmadan tikdiyi çoxmərtəbəli yaşayış binasını qanuni tikili kimi tanısın. Və Niyazi Orucov 365 saylı sənədi “kristal təmiz” merdən artıq səhərisi gün - 2013-cü il, sentyabrın 13-də alsın...”

“Unikal LTD” əməkdaşlarının dediklərinə görə, onların ofisi də N.Orucovun təmsil olunduğu, daha dəqiq desək, üzvü olduğu bu komandanın güdazına gedib. “Unikal LTD”yə məxsus ofis dağıdılıb, bunu əvəzində onun sahibinə yarım milyon manat ödənilib. O da məhkəmələrə üz tutmağa həvəs göstərmir, çünki bu işin perspektivsiz olduğunu bilir.

“Unikal LTD”nin direktoru bu işlə məşğul olmağı əvvəlcə bir hüquqşünasa həvalə edib. Lakin həmin vəkil “Azer İmport”un arxasında dayanan qüvvələrlə üz-üzə gələndən sonra dərhal qorxaraq geri çəkilib və bu işdən imtina edib. Hazırda bu işlə digər vəkil məşğuldur. “Unikal LTD”nin direktoru indi öz işləri ilə məşğul olmağa daha çox üstünlük verir, məhkəmə çəkişməsini ikinci plana keçirib. Bir dəfə ondan əmlakının taleyini, məhkəmə çəkişməsinin perspektivsiz olduğunu bilə-bilə bu işə niyə qol qoyduğunu soruşublar. O da yumorla cavab verib ki, “tutsa - qatıq, tutmasa - ayran”.

Zarafat öz yerində, bu iş adamı böyük zərərə məruz qalıb.

Dövlət adı altında talançılıq - (Araşdırma)




























Öyrənirik ki, “Unikal LTD”nin əmlakının qəsb olunması məsələsi ətrafındakı hüquqi çəkişmə ilə hazırda məşhur vəkil Kamandar Nəsibov məşğul olur. Vəkil bizimlə söhbətində dedi ki, “Unikal LTD”yə məxsus binanı sökmək üçün “Azer İmport” şirkətinə heç vaxt və heç kim tərəfindən hər hansı icazə, qərar, sərəncam verilməyib. “Azer İmport”a özəl mülk olan həmin binanın yerində hər hansı tikinti işləri aparmağa da heç bir icazə verilməyib. Bundan başqa, hətta bütün tikinti işlərinin düzgün və savadlı aparılmasına ciddi nəzarət edən FHN kimi məsuliyyətli qurum da “Azer İmport”un həmin ərazidə bina tikməsini təqdir etməyib.

Belə çıxır ki, “Azer İmport” şirkəti komandasının Bayıl yamacında törətdiyi əməl də Buzovna-Zuğulba-Bilgəh yolunun hər iki tərəfində əvvəllər yol verdiyi qanunsuzluq kimi mahiyyətcə açıq-aşkar quldurluqdur. Belə ki, bu adamlar ciblərini doldurmaq üçün bütün qanunları pozub, ayrı-ayrı vətəndaşlara məxsus qanuni mülkiyyəti zorla onların əllərindən alıblar.

“Bizdə insanların əmlak hüququnun qorunması ilə bağlı vəziyyət yaxşı deyil. Hərçənd ki, bu sahədəki qanunlarımız çox yaxşıdır. Qanunlara sadəcə məhəl qoyulmur, vəssalam. Üzr istəyirəm, qanunları hamının gözü qarşısında həyasızcasına zorlayırlar. Məni də, həmkarlarımı da bu məsələdə bir şey daha çox narahat edir, hətta qorxudur. Belə presedentlərin mümkün inkişafı faciəyə gətirib çıxara bilər. Ortaya ürəkli oğlanlar çıxa və öz konstitusion hüquqlarını, şəxsi əmlakını başqa cür, amerikansayağı qoruya bilər. Məsələn, evindəki qanuni-icazəli silahını götürüb onun əmlakını ələ keçirmək istəyən adamları güllələyə bilər. Bizim ölkəyə belə şeylər lazımdırmı?!” - deyə Kamandar Nəsibov sual edir.

Bunu nə danışdığını yaxşı bilən təcrübəli hüquqşünas deyir. Onunla razılaşmamaq çətindir. Amma “Azer İmport” adlı mütəşəkkil cinayətkar dəstə hələlik öz işindədir. Deməli, biz hələ neçə-neçə belə qəsbkarlıq faktlarını eşidə bilərik. Bunu istəməsək də...

P.S. Məsələ bu əmlak davası barədə oxuduqlarınızla da məhdudlaşmır. Bu iş üzrə məhkəmə hökmünün çıxmasını gözləyək.