backend

Məhkəmə Arif Yunusu həbsdə saxladı

Məhkəmə Arif Yunusu həbsdə saxladı
















Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə konfliktoloq Arif Yunusun həbs müddətinin avqustun 5-dək uzadılması ilə bağlı şikayəti təmin edilməyib

Vəkil Əfqan Məmmədov "Turan"-a bildirib ki, həbs müddətinin uzadılmasını əsassız və ədalətsiz hesab edir.

İstintaq isə bunu onunla izah edib ki, müttəhim azadlıqda qalarsa “şahidlərə təsir göstərmər nüfuzundan isifadə edərək istintaqdan yayına bilər”.

Xatırladaq ki, A.Yunus 2014-cü il avqustun 5-də - həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub.

Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar.