backend

Azərbaycan qadınlarını Türkiyədə fahişə edən şəxs tutuldu

Azərbaycan qadınlarını Türkiyədə fahişə edən şəxs tutuldu






















Faktla əlaqədar cinayət işi başlanılıb

Qadınları cinsi istismara məruz qoyması müəyyən edilmiş Gəncə şəhər sakini həbs edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Turan Hüseynovun gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.

T.Hüseynov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.