backend

Nazirlik 9 nəfər işçisinin vəzifəsini azaltdı

Nazirlik 9 nəfər işçisinin vəzifəsini azaltdı






















Vergilər Nazirliyi məlumat yaydı

2014-cü ildə vergi orqanı əməkdaşlarının attestasiyası keçirilib, attestasiyada iştirak edən 1 300 nəfər əməkdaşdan 1 274 nəfəri tutduğu vəzifədə saxlanılıb, 17 nəfər 1 ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifədə saxlanılıb, 9 nəfər tutduğu vəzifəyə uyğun hesab olunmayaraq aşağı vəzifəyə keçirilib.

Bu barədə Oxu.Az-a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat ilində 2 müsabiqə keçirilib, cəmi 222 nəfər müsabiqəni uğurla başa vurub, onlardan 75 nəfər vakant vəzifələrə təyin edilib, 147 nəfər kadr ehtiyatına daxil edilib.