backend

132 nömrəli avtobus sərnişinləri necə aldadır?

132 nömrəli avtobus sərnişinləri necə aldadır?































“Transqeyt” MMC: "Həmin 5 qəpiklər sürüclərin öz cibinə gedir"

132 nömrəli avtobus sürücüləri sərnişinləri aldadır. Belə ki, "Əhmədli” metrostansiyası - Hövsan qəsəbəsi xətti üzrə hərəkət edən 132 saylı avtobusda gediş haqqının 25 qəpik olmasına baxmayaraq, sürücülərin əksəriyyəti bütün hallarda sərnişinlərdən 30 qəpik tələb edir. İstənilən məbləğ verilmədikdə isə çox zaman mübahisəyə səbəb olur. Diqqət çəkən məqam ondan ibarətdir ki, avtobusların əksəriyyətində gediş haqqını göstərən lövhələr yığışdırılıb. Ancaq bəzilərində isə "gediş haqqı – 30 qəpik” yazılmış lövhələr var. Sərnişinlər bu baxımdan gediş haqqının nə qədər olduğunu dəqiq bilmirlər. Bəzi sərnişinlər qiymətdən xəbərar olsa da, sürücülər onlarda 5 qəpiyin olmadığını əsas gətirərək adətən 30 qəpikdən hesablayırlar. Məsələ ilə bağlı sözügedən marşurutun sahibi olan "Transqeyt” MMC ilə əlaqə saxladıq. Növbətçi hissədən gediş haqqının 25 qəpik olduğunu təsdiqlədilər. Bildirdilər ki, fikirlərinizi rəhbərliyə çatdıracağıq. sərnişin 30 qəpik tələb edən sürücü ilə bağlı dərhal müəssisəyə məlumat verməlidir: "Ondan sonra həmin sürücü ilə bağlı ölçü götürüləcək. Həmin 5 qəpiklər sürüclərin öz cibinə gedir".
Təəssüflər olsun ki, məsələ ilə bağlı iki gündür nəqliyyat nazirliyinin mövqeyinin öyrənə bilmirik. Ancaq onu qeyd edək ki, Tarif Şurasının "Bakı şəhərində marşrutlar üzrə sərnişindaşıma xidmətinin tarifləri” cədvəlində 15 kilometrdən 25 kilometrə qədər məsafə üçün gediş haqqı 25 qəpik göstərilib.(movqe.az)