backend

Mətbuat əlindən, zara, gələn Balakən-Şəki yol polisi serjantı Yusubov Namiqin gizli əməliyyatı

Mətbuat əlindən, zara, gələn Balakən-Şəki yol polisi serjantı Yusubov Namiqin gizli əməliyyatı

















22 aprel 2015-ci il saat 17-00 radələrində Şəki şəhərindən Qəbələ istiqamətinə gedən yolun 7-8kmliyində, tükürpədici, yol nəqliyyat hadisə baş vermişdir

Belə ki, əməkdaşlarımızın dediyinə görə, hadisə yerinə çatanda yol qırağı ağaca çırpılaraq bərpa olunması mümkün olmayacaq 01 markalı 55-BC-472 zərər çəkmiş maşını artıq 90-XS-471-li evakuator maşınına yüklənmişdi. Hadisənin necə baş verdiyini öyrənmək üçün orada dayanmış 10-YP-820-li Balakən Şəki yol polisi maşınında əyləşmiş polis serjantı Yusubov Namiq Osman oğlu və onun iş yoldaşına müraciət edilsə də, polis əməkdaşları danışmaq istəmədiklərini bildiriblər. Burnunuzu hara gəldi soxursunuz deyə, əməkdaşlarımızın maşını kəməri bağlamayaraq idarə etdiklərini israr etməyə başladılar. Onsuzda sizin əlinizdən, zara, gəlmişik deyərək protokol tərtib edən, N.Yusubov əməkdaşlarımızı hadisə yerindən uzaqlaşdırmağa cəhd edirlər. Yol polisinin belə israrla əməkdaşlarımızı hadisə yerindən uzaqlaşdırması əməkdaşlarımızı daha da şübhəyə salmışdır. Əlbəttə, mətbuatdan olduğumuzu bilirdilər-deyən əməkdaşlarımız, nə isə şübhə doğuran, iş, görüldüyünü hiss etmişdilır. Çünki, hadisəni törədənin yaxınları polis müfəttişinin rəhbərliyi ilə çox məharətlə hadisənin əlamətlərindən xəbər verəcəyi hər bir nişanı tezliklə təmizləyib yox edirdilər. Bir müddətdən sonra başqa bir yol patrul polis maşını hadisə yerinə yaxınlaşdı, orada dayanmış polis maşınındakı əməkdaşı Y.Namiqlə qısa müzakirədən (biz həmin danışıqların məzmununu, evakuatorun istiqamətini dəyişərək, yol qırağına üz tutduğunu gördükdə başa düşdük) nədənsə əzilmiş maşını evakuator Şəki şəhər istiqaməti, yaxudda Balakən istiqaməti deyil, torpaq yolu, yol qırağı kiçik binaların göründüyü istiqamətə üz tutdu. Bir müddətdən, sonra hər kəs dağılıb getdi. Hadisədən heç bir əsər-əlamət qalmamışdı. Maşını idarə edən vətəndaş da hadisə yerində yox idi. Ən azından maşının görüntüsündən məlum olur ki, maşını idarə edən vətəndaşı yeqin ki, xəstəxanaların birində yerləşdirmişdilər. Hər hansı cinayətin baş vermiş olduğunu tamamilə yəqin edən əməkdaşlarımız maşının yerləşdiyi yerə gələrək, maşını, yerləşdiyi yeri çəkməyə nail olublar. Ola bilsin ki, bizim məlumatımızdan xəbər tutan polis əməkdaşları həmin maşını köhnə tarixlə qeydiyyata alıb, maşını lazımı yerdə yerləşdirsinlər, yaxudda maşını bərpa etsinlər. Amma ümüdvarıq ki, öz vəzifə borcunu vicdanla yerinə yetirən aidiyyati dövlət orqanları həmin polis vətəndaşlarının vəzifə başında törətdikləri əməllərini məhkəmə vasitəsi ilə lazımınca qiymətləndirəcəklər.
Mövzunu diqqət mərkəzində saxlayacağıq.
Ardı var.

Xəbərci.info


Mətbuat əlindən, zara, gələn Balakən-Şəki yol polisi serjantı Yusubov Namiqin gizli əməliyyatı

Mətbuat əlindən, zara, gələn Balakən-Şəki yol polisi serjantı Yusubov Namiqin gizli əməliyyatı

Mətbuat əlindən, zara, gələn Balakən-Şəki yol polisi serjantı Yusubov Namiqin gizli əməliyyatı

Mətbuat əlindən, zara, gələn Balakən-Şəki yol polisi serjantı Yusubov Namiqin gizli əməliyyatı