backend

İlham Əliyev hərbi xidmətlə bağlı qanuna dəyişikliyi təsdiq etdi

İlham Əliyev hərbi xidmətlə bağlı qanuna dəyişikliyi təsdiq etdi
























Nazirlər Kabinetinə tapşırıqlar verildi

Azərbaycan prezidenti İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 3 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

qaynarxett.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası 42.0.5-ci maddəsində “vətəndaşlığını itirdikdə” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilib.