backend

Mərkəzi Bank əmanətlər üzrə orta faiz dərəcəsini açıqladı

Mərkəzi Bank əmanətlər üzrə orta faiz dərəcəsini açıqladı

























Bank məlumat yaydı

Mərkəzi Bank (MB) depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Belə ki, bankdan qaynarxett.az-ya verilən məlumata görə, 2015-ci il aprelin 1-nə olan məlumata görə, bankların cəlb etdikləri depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyuta, yəni manatla 8.95, xarici valyuta ilə isə 8.73 % təşkil edib.

Fiziki şəxslər üçün nəzərdə tutulmuş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyuta ilə 9.64 %, xarici valyuta ilə isə 9.57 % olub.

Qeyd edək ki, artıq verilmiş kreditlər üzrə bu göstərici milli valyuta ilə 14.15, xarici valyuta ilə isə, 13.08 % təşkil edib.