backend

Yasamal sakinləri zorakılıqla üz-üzə qalıblar

Yasamal sakinləri zorakılıqla üz-üzə qalıblar




















Respublikamızda sosial-iqtisadi inkişaf prossesi uğurla davam etsə də ölkədə qanunsuzluq halları hələ də qalmaqdadır. Bunu Bakı şəhəri Yasamal rayonu, Z.Adığözəlov küçəsinin sakini Məmmədov Araz Eyvaz oğlunun redaksiyamızın elektron poçtuna göndərdiyi şikayət məktubunda da görmək olar. Şikayətçi məktubunda yazır: “2013-cü ilin may ayında bizim küçənin 44 saylı evində yanğın hadisəsi baş verdi. Üç ev yanıb kül oldu. Yanğın zamanı 3 nəfər öldü və 1 nəfər ciddi yanıq xəsarəti aldı. Yanğın, evlərini satmadıqları üçün naməlum şəxslər tərəfindən törədilmişdir. Hadisədən 2 il keçməsinə baxmayaraq bu cinayət işinin üstü hələ də açılmamış qalır. İndi digər mənzillərin sahibləri də naməlum şəxslər tərəfindən hədələnir, zorakılığa və təhqirlərə məruz qalırlar. Bu kimi qanunsuzluqlara dözməyən sakinlər ailələri ilə birlikdə respublikanı tərk etməyə məcbur olurlar. Qeyd edim ki, bu küçədə olan evlərin dəyəri 150 000 manat civarında olduğu halda vətəndaşlara cəmi 10 000 manat pul təklif olunur. Sakinlər isə onlara məxsus olan evlərini satmaq istəmədiklərini bildirirlər. Belə olduğu halda naməlum şəxslər tərəfindən təzyiqlər, təhdidlər, təhqirlər başlayır. Sonda isə evlərimizi yandırırlar. Məhz buna görə də hüquqları tapdalanmış sakinlər evlərini, iş yerlərini ataraq ailəliklə başqa ölkələrə qaçmaq məcburiyyətində qalırlar.”

Məktub müəllifi sonda qəzetimiz vasitəsilə şikayətini aidiyyatı qurumlara çatdırmağı xahiş edir.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.