backend

Azərbaycan vətəndaşları bir il ərzində Gürcüstanda vizasız qala bilərlər

Azərbaycan vətəndaşları bir il ərzində Gürcüstanda vizasız qala bilərlər


























Hökumət qərar qəbul edib

94 ölkənin vətəndaşları Gürcüstana vizasız gələrək bu ölkədə bir il müddətində qala bilərlər, bu barədə ölkənin iyun ayının 9-da qüvvəyə minmiş qərarında deyilir.

qaynarxett.az gürcü KİV-nə istinadən xəbər verir ki, qərar iyun ayının 5-də qəbul edilib.

İl ərzində Gürcüstanda vizasız ola biləcək ölkələrin adları siyahısında Azərbaycanın da adı var.

Cari normativ akta müvafiq olaraq xarici vətəndaşların ölkədə olma müddətini məhdudlaşdıran Gürcüstan hakimiyyətinin 2014-cü ilin sentyabr ayının 1-də qəbul etdiyi qərar öz qüvvəsini itirir.

Yeni viza tənzimləmələrinə görə, ümumilikdə 180 gün müddəti olan vizaların verilməsi nəzərdə tutulurdu. Bu vizalara görə viza rejiminin aid olduğu ölkə vətəndaşları ölkədə 90 gün qala bilərdilər.

Gürcüstanda cari vizasız rejimə görə, Avropa ölkələri, NATO və MDB-yə üzv ölkələr, “Gürcüstanın ikitərəfli və ya çoxtərəfli razılaşmalar imzaladığı vacib tərəfdaş” olan ölkələrin vətəndaşları üçün ölkədə ümumilikdə 90 gün qalmaq imkanı mövcuddur.