“Münasibətlərimizin bütnü ölçüləri barədə çox ətraflı danışılıb”Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin şənbə günü baş tutan görüşündə Dağlıq Qarabağdakı münaqişənin nizamlanması mövzusuna toxunulub.
qaynarxett.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə bildirib.
“Əsas etibarilə Rusiya-Azərbaycan ikitərəfli münasibətləri müzakirə olunub. Bu münasibətlər çoxvektorlu və çoxtərəflidirlər. Münasibətlərimizin bütnü ölçüləri barədə çox ətraflı danışılıb. Qarabağ mövzusuna da toxunulub”, - deyə, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri bildirib.