backend

Mahnı qalmaqalı

Mahnı qalmaqalı




















Xalq artisti Nisə Qasımova ilə həmkarı Brilliant Dadaşova arasında baş verən qalmaqal davam edir.
Xalq artisti "Onlar"a açıqlamasında Dadaşovanın onun “Mənim dünyam” mahnısını oxuduğu üçün qəzəbləndiyini bildirib:

““Mənim dünyam” mahnısını oxuyub, albomuna eyni adı qoyub. Mahnıda “Mənim dünyam”dan əsər-əlamət yoxdur. Onun mahnısını oxuyub, ona göstərmək istəyirdim ki, mahnını hansı emosiya ilə oxuyarlar. Bizim münasibətmiz olmasa da, Brillianta bacı kimi baxmışam. Mənim yanımda özünü əjdahaya oxşatmağı qəlbimə toxundu. Heç kim mənim yanımda əjdahaya, ilan-qurbağaya oxşaya bilməz. Biz insanıq, bir çələng gülük. Çalışaq cəmiyyətimimizə faydalı sənətkar olaq. Mən sənətkar deyiləm, ifaçıyam. Elə ifaçıyam ki, dövlətimiz mənə əməkdar, xalq artisti adını verib. Mən Brilliantın göz yaşlarına dözməmişəm. Biri mənə arxasını, biri çiynini çevirir. Xahiş edirəm ki, ədəb qaydalarını öyrənin. Kiminsə qarşısında baş əymirəm. Heç kim də qarşımda baş əyməsin.

Qeyd edək ki, ikili arasındakı qalmaqal Dadaşovanın Qasımovanın “Yalvarıram” mahnısını icazəsiz oxuduqdan sonra baş verib.