backend

Gəncə Dövlət Universitetində anarxiya

Gəncə Dövlət Universitetində anarxiya












Ali məktəblərdə professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılıb

Amma bu, Gəncə Dövlət Universitetində xəyal olaraq qalır.

Paytaxtin ali məktəblərində professorlar üçün 1000-1200 manat, dosentər üçün 700-800 manat, adi müəllimlər üçün 500-600 manat əmək haqqı verildiyi halda, GDU-da maaşlar bu rəqəmə çatmır.
Bu mövzuda yazan jam.az-ın araşdırmalarına görə, GDU-da pul vəsaitlərinin xərclənməsində israfçılıq olunur.
Müəllimlərin sözlərinə görə, GDU-da yalnız rektor və tədris işləri üzrə prorektor üçün iki xidməti avtomobil var idi. Bu digər universitetlərdə də belədir. İndi isə 5 prorektordan 4-nə xarici avtomobil alınıb.
Bu az imiş kimi, rektorun köməkçisinə də bir xarici avtomobil AA seriyası ilə ayrılıb. Ümumiyyətlə, universitetdə 10-dan çox avtomobil var. Əksəri xarici markalı maşınlardır. Heç kim bunun əleyhinə deyil. Amma bunlara verilən böyük məbləğ pul əmək haqqının artırılmasına sərf olunmayıb.
Rektor Yusif Yusifovdan ən böyük narazılıqlardan biri də imtahanların keçirilməsi ilə bağlıdır. Semestr imtahanlarının kompüter üsulu ilə keçirilməsi, yoxlanması və nəticələrin qiymətləndirilməsi bir mərkəzdən idarə olunur. Fənn müəllimlərinin isə imtahanların keçirilməsi və yoxlanmasından xəbəri yoxdur. Bu isə Təhsil Nazirliyinin sənədləri ilə ziddir.
Çünki Boloniya sistemində imtahanlar yazılı şəkildə keçirilməlidir. Yəni, tələbə imtahanda bilet çəkməli, cavabları yazmalı və müəllimi tərəfindən yoxlandıqdan sonra ona qiymət verilməlidir.
Ancaq GDU-da buna riayət etmirlər. Çünki mərkəzləşdirilmiş imtahanlar “Şərq-Qərb” nəşriyyatının sahibi, oliqarx məmur Yusif Yusifovun yeni qazanc yeri, rüşvət mənbəyidir.
Müəllimlər qeyd edirlər ki, fənnin imtahan saatı müəllimin dərs yükünə daxildir. Əgər GDU-da imtahanlar kompüter ilə götürülürsə, bu saatları müəllim faktik yerinə yetirmir.
Onu da deyək ki, universitetdə hökm sürən ab-hava ilə bağlı dəfələrlə mətbuatda tənqidi yazılar dərc olunsa da, ali təhsil müəssisəsinin rəhbərliyi bundan heç bir nəticə çıxarmayıb.
Cumhuriyyet.az yazıb ki, özü Rusiyada yaşayıb, adı universitetdə gedən, hər ay əmək haqqı alan müəllim də var. Coğrafiya Kafedrasının müdiri Yeganə Əliyevanın həyat yoldaşı Teymur İsmayılov uzun illər Rusiyada yaşasa da, bu, onun hər ay GDU-dakı ştatına görə maaş almasına mane olmayıb.
2007-2011-ci illər aralığında Rusiyada yaşamış Teymur İsmayılovun dərslərini isə Yeganə Əliyevanın özü əvəz edib. Baş vermiş olayla bağlı Gəncə Şəhər Prokurorluğuna da məlumat verilib.