backend

Sürücülər, diqqətli olun!

Sürücülər, diqqətli olun!



















Sərnişindaşımada rast gəlinən neqativ hallara qarşı yeni innovativ metodlarla mübarizə aparılacaq.

Sürücü nəqliyyat vastəsini idarə edən zaman siqaret çəkərsə, mobil telefonla danışarsa və ya sərnişinlə kobud rəftar edərsə dərhal məlumat Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt regional şöbəsinin informasiya bölməsinə göndəriləcək. Bu məqsədlə avtobuslara xüsusi kodlar yapışdırlacaq. Sərnişin mobil telefonuna xüsusi proqram yukləməklə həmin telefonu koda yaxınlaşdırmalıdır. Bu zaman telefonda şikayət et görüntüsü çıxacaq, bundan sonra vətəndaşın çəkdiyi görüntü birbaşa mərkəzə göndəriləcək.

Sistem bazar ertəsindən etibarən işə düşəcək və Sumqayıtda fəaliyyət göstərən bütün avtobuslarda tədbiq olunacaq.