backend

Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçir

Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçir




















“24 saatlıq iş rejimində sərnişinlərə xidmət göstəriləcək”.

Nəqliyyat naziri Ziya Məmmədovun göstərişilə nazirlik işçiləri 15 sentyabrda səfərbər olunacaqlar.

qaynarxett.az xəbər verir ki, bu barədə Modern.az-a Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov məlumat verib.

“Sentyabr ayının 15-də yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyinin bütün strukturları, o cümlədən də Dövlət Avtomobil Nəqliyyatı Xidməti gücləndirilmiş iş rejimində çalışacaq”.

N.Həsənov deyib ki, istər rayonlardan gələn avtobuslarda, istərsə də şəhərdaxili avtobuslarda problem yaranmamağı üçün bütün müfəttişlər, o, cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri də həmin gün monitorinqlərdə iştirak edəcək.

“Marşrut çatışmazlığı olarsa, ehtiyat avtobusların hamısı xəttə buraxılacaq. Heç bir problemin olmamağı üçün həmin və ondan sonrakı bir neçə gün ərzində 24 saatlıq gücləndirilmiş iş rejimində sərnişinlərə xidmət göstəriləcək. Hər hansı problem, narazılıq yaranarsa, həm Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə, həm də Nəqliyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilərlər”.