backend

Bakıda lombardlar bir-bir bağlanır

Bakıda lombardlar bir-bir bağlanır

























Qızıllarını girov qoyanların lombardların bağlanması ilə əlaqədar polisə şikayətlərinin sayı artıb.

Paytaxtda bu cür problemlərə tez-tez rast gəlinir. Bəs vətəndaşlar belə hallarda nə etməlidirlər?
“Xəzər xəbər” hazırladığı reportajda məsələyə aydınlıq gətirib. Reportajda qeyd olunur ki, Səbail rayon 8-ci Polis Bölməsinə müraciət edən Sevinc İmanova martda lombarda 70 qram qızıl qoyub və 800 manat götürüb. Sonra borcunu ödəyib qızıllarını geri almaq istəyən qadın obyektin bağlandığını görüb. Hazırda polis lombardın sahibini axtarır. Ekspertlərin sözlərinə görə, buna əsas səbəb lombardların lisenziyasız fəaliyyət göstərməsidir. Mütəxəssislər hesab edirlər ki, ilk növbədə lombard fəaliyyəti haqda qanun qəbul edilməlidir. Bu fəaliyyət növünə lisenziya verən və nəzarət edən qurum müəyyənləşdirilməlidir. Lisenziya əsasında fəaliyyət qanun pozuntularının və dələduzluq hallarının qarşısının alınmasında mühüm rol oynaya bilər.