backend

Sumqayıt qeydiyyatlı vətəndaşlar Abşeron rayonunda avtomobil ilə rahat şəkildə hərəkət edə bilmirlər

Sumqayıt qeydiyyatlı vətəndaşlar Abşeron rayonunda avtomobil ilə rahat şəkildə hərəkət edə bilmirlər

















Sakinlərin sözlərinə görə, 99 nömrə nişanlı avtomobil ilə Sumqayıtdan Novxanı, Saray, Sədərək istiqamətinə gedə bilmirlər.

Yol polisi avtomobillərin Bakıya girişinin qadağan olduğunu əsas gətirərək onları saxlayır.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin verdiyi məlumata görə, onlara belə bir şikayət daxil olmayıb.

"Əgər belə bir problem olarsa vətəndaşlar Baş Dövlət Yol Polisİdarəsinə şikayət etməlidirlər. Şikayət əsasında araşdırma aparılacaq. Ümumiyyətlə Sumqayıt sakinlərinin avtomobillərilə Abşeron rayonu ərazisində rahat şəkildə hərəkət edə bilər", - deyə Kamran Əliyev bildirib.