backend

Yağışlarda torpaq qatı doyandan sonra yamac boyu hərəkət etməyə başlayır

Yağışlarda torpaq qatı doyandan sonra yamac boyu hərəkət etməyə başlayır



















Sürüşmə zonlarında nisbətən aktivləşmə müşahidə olunur.

Son günlər yağan yağışlardan sonra sürüşmə sahələrində aktivləşmə olacağı istisna edilmir. Baş geoloq Ələmdar Piriyev bildirdi ki güclü aktivləşmə olmasa da nisbətən zəif aktivləşmə müşahidə olunur. Yağan yağışlarda torpaq qatı doyandan sonra yamac boyu hərəkət etməyə başlayır. Bu baxımdan yağışdan sonra sürüşmə sahələrində aktivliyin artması da gözləniləndir.

Son iki gündə yağan yağışların sürüşmə sahələri, son durumu barədə məlumat almaq üçün monitorinqlər aparmağa ehtiyac var. Zığda və Avtovağzal ərazisində 1 mm genişlənmə müşahidə olunub.

Hazırda isə aktivləşmə müşahidə olunan ərazilərdə tədbirlərin görülməsinə başlanılıb. Həmin sahələrdə vəziyyəti öyrənmək üçün artıq monitorinqlərə başlanılıb.

Ələmdar Piriyev sürüşmənin yaranmasının səbəbini yağış sularında və qazonların sulanması ilə əlaqələndirib. Hazırda qazonların sulanması dayandırılıb və bərkitmə ilşəri aparılır. Çat yerlər də betonla dolduruur ki, su içəri daxil ola bilməsin.

Baş geoloq onu da qeyd edib ki, Bakıda və rayonlarda sürüşmə sahələrində təhlükəli aktivləşmə hələki müşahidə olunumur.