backend

Cəmiyyətin baş ağrısına və ya sosial buxovlanmaya?

Cəmiyyətin baş ağrısına və ya sosial buxovlanmaya?

















Son zamanlar vətəndaşların daha çox aldandıqları məkanlardan biri də lombardlardır.

Bu gün kifayət qədər aktuallıq qazanaraq ölkə əhalisinin məişət sferasının ayrılmaz hissəsinə çevrilmiş lombardlar, fiziki şəxslərin girov qoyduqları qızıl - zinət əşyaları müqabilində onlara aylıq ödəmə sistemi əsasında kreditlər təqdim edir. Bu gün lombardlar "Əli yanan" əhalinin arayış və üzücü şahid tələb edən bankları deyil, məhz "yumşaq" siyasət yürüdən lombardlara üz tutaraq qızıl - zinət əşyalarının girov qoyub əvəzində üçdə bir nisbətində pul götürən vətəndaşlara xidmət edir. Lombard termini uzaq 15 əsrdə İtaliyada cərəyan edən "Lombardiya" adlı maliyyə qurumunun qurduğu maliyyə şəbəkəsidir. Əsasən əhalinin pula olan ehtiyacını və eləcə də qiymətli zinət əşyalarının və əntiq malların qorunmasına xidmət edən lombardlar, sonradan sürətlə dünyanın müxtəlif ölkələrinə "ayaq açdı". Azərbaycanda da artıq lombardlar kifayət qədər aktuallıq qazanıb. Əsasən də manatın devalvasiyasından sonra ölkədə banklara olan inamın itməsi, "mələk donlu" lombardların əl-qolunun açılmasına imkan yaratdı. Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Fərmandan sonra sürətlə lisenziyalaşaraq ölkəni bürüyən lombardlar, ələlxüsus olaraq vətəndaşların sosial təminat məsələlərində önəmli yerlərdən "birini tutur". Banklar tərəfindən müxtəlif süründürməçiliklərlə qarşılaşaraq ümüdini yalnız lombarda bağlayan əhali, az sonra aldanıldığını başa düşür. "Tək şəxsiyyət vəsiqəsi və qızıl" şüarı ilə artıq əhalinin gündəlik həyatına daxil olmuş lombardlar, yol verdikləri neqativ pozuntularla əhalinin mülkiyyət hüquqlarının pozulmasına ciddi şəkildə yol verir. Belə ki, lombarddan götürdüyü krediti hər ay müntəzəm ödəyən vətəndaş, qeyri - müəyyən səbəblərdən ödəməni yubatdığı təqdirdə, bir zaman onlara "humanizm nümayiş etdirən lombardların iç üzünü görməyə məcbur olur ; krediti yubatmış vətəndaşa xəbərdarlıq edilmədən onun şəxsi mülkiyyəti olan qızıl - zinət əşyalarını dərhal satışa çıxarır. Baxmayaraq ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində "Vətəndaşların hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını, onun bərabərliyi əsasında təmin olunmalıdır" kimi vacib maddənin nəzərdə tutduğu müvafiq tələblərin vətəndaşın xəbəri olmadan onun girovu barədə hər hansı bir yekun addımın atılmasının yolverilməz olduğunu ortaya çıxarır. Bu kimi ciddi nöqsanların mərkəzində duran lombardlar, "uzun çək - çevirdən" sonra vətəndaş kriteriyasının girov qoyduğu malı, vətəndaşın özünə ikiqat qiymətə təklif edir. Bəs belə olduğu təqdirdə vətəndaşların lombardları daha etibarlı kredit mənbəyi kimi qəbul etmələrinə səbəb nədir? Mən belə düşünürəm ki, ilk növbədə lombardların əhalidən iş yerlərindən arayışlar və o cümlədən dövlət qulluğunda çalışan şahid tələb etməmələri, sonda əhaliyə yalnız manatla kredit verən lombardlara olan inamın artmasına səbəb olur. Bütün bunlara baxmayaraq bu gün ölkədə 1500-ə yaxın lombard fəaliyyət göstərir. Lombardlara olan tələbatın və marağın artması ilə yanaşı, paralel olaraq onların vətəndaşlara təklif etdikləri kreditin faiz dərəcəsində də artımlar müşayiət olunur. Digər dövlətlərdən fərqli olaraq Azərbaycanda lombard krediti üzrə faiz 35%-təşkil edir. Bu isə lombardların vətəndaşlara yüksək kreditlər təqdim etməsini açıq - aşkar göstərir. İqtisadi potensial nümayiş etdirən Azərbaycan vətəndaşlarının lombardlar tərəfindən istismar edilməsi, güman edirəm ki, vətəndaşın sosial rifahının yaxşılaşması kimi vacib sahənin dövlətin prioritet sahəsi olduğuna xələl gətirir. Məhz lombardlara olan nəzarət mexanizminin zəif olması, bu sahədə baş alıb gedən sosial problemlərin,vətəndaş hüquqlarının mənimsənilməsinə gətirib çıxarır. Lombardların ümumi sayının 1500-dək artmasına gəlincə isə, bu hal, vətəndaşların ümumi gəlirlərinin tələb olunan bazar qiymətləri ilə tərs mütənasiblik təşkil etməsindən xəbər verir.