backend

Bakı sakini paytaxtın mərkəzində yerləşən kafedən polisə şikayət edib

Bakı sakini paytaxtın mərkəzində yerləşən kafedən polisə şikayət edib
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Nicat Ağazadə polisə müraciət edərək Zorge küçəsi 4-də yerləşən kafedə hədə-qorxu gəlinərək fantastik məbləğdə hesab ödətdirildiyini bildirib.

N.Ağazadə qeyd edib ki, bir neçə gün öncə həmin kafedə iki meyvə şirəsi içdikdən sonra 156 manat hesab gətirilib.

O, hesabın artıq olmasına etiraz edib və bu pulu ödəməyəcəyini deyib. Bu zaman iki nəfər ona yaxınlaşaraq hədə-qorxu gəlib və zorla Nicatın cibində olan bütün pulu alıb. O, 62 manat ödəyərək həmin şəxslərin əlindən canını qurtara bilib.