backend

Baş nazir Artur Rəsi-zadə sənəd imzalad

Baş nazir Artur Rəsi-zadə sənəd imzalad
Bundan sonra Qeyri-hökumət təşkilatları (QHT) yeni qaydalarla işləyəcək.

Azərbaycanda "QHT-nın, habelə, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”ı təsdiq edilib.

Qaydaya əsasən, qeyri-hökumət təşkilatı ianəni qəbul etdiyi gündən 15 gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Qaydada müəyyən olunur ki, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.4-cü maddəsinə uyğun olaraq, ianə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 manatadək ianəni nağd şəkildə qəbul edə bilər.



“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.5-ci maddəsinə uyğun olaraq, barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır.

Neftçilərin Hüquqlarını müdafiə Təşkilatının 20 illik rəhbəri Mirvari Qəhrəmanova deyir ki, tətbiq olunan bu qaydalar özbaşnalığın aradan qaldırılmasına köməklik edəcək: "QHT-lar həm dövlət, həm imkanlı şəxslər, həm də xaricdən maliyyələşə bilər. Əvvəllər QHT-na ayrılan ianələrdən heç kimin xəbəri olmurdu, bilinmirdi həmin təşkilatlar bu pullardan hansı məqsədlərlə istifadə edir. Amma indi bir başa bunların banklarla təşkilatın hesabına keçməsi bu anlaşılmazlığın aradan qaldırılmasına səbəb olacaq".

Mirvari Qəhrəmanova - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarının rəhbəri

Bəzən ianə ilə qrantı səhv salanlar üçün deyək ki, ianə - bir xeyir iş üçün, yaxud ehtiyacı olan bir adam və ya cəmiyyət üçün verilən və toplanılan pul; maddi yardımdır.

Qrant isə - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.

Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə (qərara) əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir.

Baş nazir Artur Rəsi-zadə sənəd imzalad
Baş nazir Artur Rəsi-zadə sənəd imzalad