backend

VAQIF QƏLƏNDƏR: “Qolu qopub düşmüş Türkiyə vətəndaşının qolunu yerinə mən birləşdirmişdim”

VAQIF QƏLƏNDƏR: “Qolu qopub düşmüş Türkiyə vətəndaşının qolunu yerinə mən birləşdirmişdim”
Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndər. Yəqin ki, bu ad respublika ictimayyətinə tanışdır. Üzünü tez-tez mavi ekranlardan gördüyümüz bu tanınmış insan fenomen tibbi biliyə malk gözəllik yaradan təcrübəli həkimdir. O, dünyada plastik cərrahiyyə ilə bağlı 2 beynəlxalq təşkilatın İSASP və İPRAS-in həqiqi üzvüdür və həm də beynəlxalq konfederasiyanın İdarə Heyətinin üzvüdür. Onun dünyada qəbul olunmuş 6 plastik cərrahiyyə üsulu vardır ki, bu üsullar beynəlxalq plastik cərrahiyyə kitabına daxil edilib.









Vaqif müəllim deyir:
- Azərbaycanda bu sahədə əməliyyatlar dünya standartlarına uyğundur. Bizdə çox nadir əməliyyatlar həyata keçirilir. Qolu qopub düşmüş Türkiyə vətəndaşının qolunu yerinə də mən birləşdirmişdim. Bir sıra dünyada nadir sayılan əməliyyatlar da etmişik.
Azərbaycanda plastik əməliyyatların statistikası yoxdur. Amma plastik cərrahiyyə 3 ana qrupa və 3800 əməliyyat növünə bölünür. Birincisi anadangəlmə anomaliyalar, ikincisi travmatik deformasiyalar, üçüncüsü isə estetik əməliyyatlardır.
Bizim klinikaya müraciət edənlər arasında ən çox anadangəlmə anomaliyalar, daha sonra isə travmatik deformasiyalarla bağlı olur. Estetik əməliyyatlarla bağlı müraciətlər o qədər də çox olmur.
- Sizin və həmkarlarınızın təcrübəsində elə bir hal olubmu ki, pasient narazı qalsın və ya əməliyyat nəticəsində onun sağlamlığına hansısa zərər dəysin? Belə hallar ümumiyyətlə, əməliyyatların neçə faizini təşkil edir?
- Belə hallar çox olur. Bu da əsasən, xaricdən gələn qeyri-peşəkar həkimlərin etdiyi əməliyyatlardan meydana çıxır. Bir çox həkimlər öz sahəsinə aid olmayan əməliyyatlar edir, ya da bu sahədə təcrübəsi yoxdur, sadəcə xaricdən gəlib deyə pasientlər elə düşünür ki, yəqin o çox peşəkar mütəxəssisdir. Halbuki, o öz ölkəsində, öz şəhərində heç tanınan həkim deyil. Bizə belə cərrahların etdiyi və mənfi nəticələr verən əməliyyatlarla bağlı müraciətlər çox olur.
Ümumilikdə, heç kim deyə bilməz ki bütün plastik əməliyyatların 100 faizi də müsbət nəticə verir. Qüsurlu, nöqsanlı əməliyyatlar da olur. Bu, bütün sahələrdə belədir. Bizdə də bəzən pasientlərin narazılığı olur, çünki heç də hamı gözlədiyi nəticəni əldə edə bilmir, ya da xırda bir fəsad ola bilər. Tibbin də bir yerə qədər imkanları çatır. Həkim, cərrah sehirbaz deyil ki, mümkün olmayan şeyi etsin.
- Belə hallarda mübahisələr necə həll olunur? Pasientə dəymiş zərər necə və kim tərəfindən kompensasiya edilir? Ola bilər ki, o əməliyyatdan sonra daha çox xərc tələb edən əlavə müalicə və əməliyyat ediləsi olsun, bu hallardan pasient sığortalanıbmı?
- Əməliyyatdan əvvəl xəstə və həkim arasında müqavilə bağlanır. Müqavilədə o gözlənilən fəsadlarla razılaşdığını təsdiq edir. Əgər problem birbaşa həkimin, cərrahın məsuliyyətsizliyi, qeyri-peşəkarlığı nəticəsində ortaya çıxırsa və ekspertiza da bunu təsdiq edirsə, o zaman həkim xəstənin xərclərini ödəyə bilər və ya onu yenidən pulsuz əməliyyat edə bilər. Çox hallarda şikayətlər əsassız olur, yəni xəstə qaydalara riayət eləmir, həkim tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmir, nəticədə hansısa fəsad yaranır. Bunlar hamısı araşdırılır və buna uyğun qərar verilir.
- Bir çox ölkələrdə həkimlər peşə risklərindən sığortalanır və onun bilməyərəkdən zərər vurduğu xəstənin sonrakı müalicə və ya əməliyyat xərclərini sığorta şirkəti ödəyir. Bizdə bu sığorta növünə maraq niyə azdır, ümumiyyətlə bu ehtiyac nə dərəcədədir?
- Bilirsinizmi, bu, əslində vacibdir, lakin bu proses dəqiq tənzimlənməlidir və ciddi nəzarət edilməlidir. Məsələyə yanaşma birmənalı deyil. Çünki, sığortalanmış həkimin məsuliyyəti azala bilər. O, artıq bacardı-bacarmadı istənilən xəstəni əməliyyata qəbul edəcək və düşünəcək ki, onsuz da bir problem olsa sığorta şirkəti həll edəcək. Buna ehtiyatla yanaşmaq lazımdır, elə formada həyata keçirmək lazımdır ki, qeyd etdiyim məqamlar ortaya çıxmasın.
- Siz peşə riskindən sığortalanmış həkim tanıyırsınızmı? Ümumiyyətlə, həkimlərdən bununla maraqlanan olubmu?
- Mən bu haqda eşitməmişəm, bəlkə də sığorta olunanlar var. Lakin inanmıram ki, bizdə bunu edən olsun.
- Siz heç belə sığorta ilə maraqlanan pasientə rast gəlmisinizmi, ya da belə bir hal barədə eşitmisinizmi?
- Yox, mən hansısa pasientin bununla maraqlandığına rast gəlməmişəm. Nə də kimdənsə eşitməmişəm. Pasientlərin əksəriyyəti maraqlanır ki, əməliyyatdan sonra hansısa problem yaransa necə olacaq. O zaman biz ona təminat veririk ki, əməliyyat uğurlu olmasa, biz yenidən onu yenidən pulsuz müalicə və ya əməliyyat edəcəyik.
- Xarici ölkələrdə bu sığorta növü geniş yayılıb. Bizdə də peşə fəaliyyəti zamanı başqalarına vurulan zərər hallarına çox rast gəlinir. Sizcə, məsələn, həkimlərin peşə riskindən sığortası tətbiq olunsa, ortalama hansı məbləğdə sığorta optimal olardı?
- Bunu məncə həkimlərin özləri yox, səhiyyə müəssisələr bütövlükdə edə bilərlər. Yəni, hər hansı problem yarandıqda tibb müəssisəsi məsuliyyət daşıyar və pasientə dəyən zərəri sığorta vasitəsilə ödəmək olar. Burda hansısa rəqəm demək olmaz. Tamamilə fərqli xidmətlər, əməliyyatlar ola bilər. Hər işə görə ayrıca qiymətləndirmək lazım gələrdi.
Lakin burda xüsusi şərtlər qoyulmalıdır, həkimlər yaxşı bilmədikləri sahələrdə əməliyyat edib fəsad yaradar və zərəri sığorta şirkətinin boynuna qoya bilərlər. Ona görə də, bu işlə məşğul olan şirkətlər həkimlərin edə biləcəkləri əməliyyat və müalicələrin konkret siyahısını almalıdırlar ki, belə problemlər yaranmasın.
- Belə hallar olurmu ki, pasient əməliyyat və ya müalicədən sonra fəsad yaransın və ona yenidən əməliyyat və ya müalicə üçün xeyli vəsait lazım olsun. Bu hallarda məsələ necə həll edilir?
- Əməliyyatdan qabaq müqavilə bağlanır və orada hər şey qeyd olunur və bunlar xəstəyə izah olunur. Düzdür, əməliyyat sırasında xəstəni qane etməyən nəticələr də olur. Biri istəyir tez düzəlsin qüsur, digəri deyir ki, mən istədiyimi kimi olmadı və s. Lakin tibbdə hər şeyin qaydası, vaxtı, yolu var. Ona görə də, narazılıq olanda bunu normal şəkildə qaydasına qoyuruq. Əgər hansısa xəstə razılaşmır və şikayət edəndə eskpertiza qiymətləndirir və müvafiq qərar qəbul edir. Əgər problem bizdədirsə, biz məsuliyyət daşıyırıq və problemi öz hesabımıza həll edirik.
- Bəs sığorta şirkətlərinin bu sığorta növü üzrə sığortalanmaq üçün sizə və ya hansısa həmkarınıza müvafiq təkliflər edilibmi? Bu haqda nəsə eşitmisinizmi?
- Doğrusu, belə hal nə mənim, nə də tanıdığım həmkarlarıma təkliflər olmayıb. Bizdə özəl klinikalar son dövrlərdə yaranıb, bəlkə də bu sahə inkişaf etdikcə bu məsələlər aktuallaşacaq.
- Sizin təcrübənizdə ən bahalı əməliyyat neçəyə başa gəlib?
- Biz vəziyyətə baxıb qiymətləndiririk, pasientin maddi imkanlarına görə də güşəştlər edirik. 200 manata da əməliyyat var, 1200 manata da və s. Məsələn, Türkiyə vətəndaşın qopmuş qolunu yerinə tikmək əməliyyatını mən pulsuz eləmişəm. Çünki bu, bizim ölkənin prestiji idi. 8 ildən sonra mənə zəng etdilər ki, klinikaya bir şəxs gəlib, 8 min dollar ödəyib gedib. Mən onunla əlaqə saxlayıb niyə bunu etdiyini soruşdum, dedi ki, sən mənə qolumu qaytarmısan, ömrün boyu sənə borcluyam. Həkim üçün bu, puldan da dəyərlidir, yəni, bunun mənəvi dəyəri var.
- Məcburi əməliyyatları bir kənara qoyaq, estetik əməliyyatlarda qiymətlər necədir?
- Burda əməliyyat növünə uyğun qiymətlər var- estetik əməliyyatlar bizdə 1000-1500 manata mümkündür. Amma xaricdə bunu 10-15 minə edirlər.
- Təcili əməliyyat olmalı olan, lakin buna maddi imkanı çatmayan xəstələr müraciət edəndə nə edirsiniz?
- Son 1 ildə mən 278 nəfər imkansız vətəndaşı pulsuz əməliyyat və müalicə eləmişəm. Əgər adamın imkanı yoxdursa, biz ondan mütləq filan qədər pul verməli olduğunu tələb etmirik. Məsələn, ayağı kəsiləcək uşaq vardı, ailəsinin imkanı olmadığından klinikanın hesabına onu əməliyyat etdim. Belə hallar çox olur.
Bizim üçün yeganə dəyər pul deyil, həkim də insandır, onun da vicdanı var. Əsl həkim heç vaxt xəstəyə zərər vurmaz, bilmədən vurduqda isə yaranmış problemi özü həll eləyir. Lakin pasientin tibbi sığortası varsa, onda onun xərclərini sığorta şirkəti ödəyirsə, bu, həkim üçün də, xəstə üçün də yaxşıdır.
Bu il ərzində Heydər Əliyev adına Fondunun Sədri Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın yolu ilə 278 kasıb və yoxsul ailələrin nümayəndələrinin xəstələrini pulsuz əməliyyat etmişik
VAQIF QƏLƏNDƏR: “Qolu qopub düşmüş Türkiyə vətəndaşının qolunu yerinə mən birləşdirmişdim”
VAQIF QƏLƏNDƏR: “Qolu qopub düşmüş Türkiyə vətəndaşının qolunu yerinə mən birləşdirmişdim”
VAQIF QƏLƏNDƏR: “Qolu qopub düşmüş Türkiyə vətəndaşının qolunu yerinə mən birləşdirmişdim”
VAQIF QƏLƏNDƏR: “Qolu qopub düşmüş Türkiyə vətəndaşının qolunu yerinə mən birləşdirmişdim”