backend

"Etimadın bərpası üçün Türkiyə Rusiyadan üzr istəməlidir" - Valentina Matviyenko

"Etimadın bərpası üçün Türkiyə Rusiyadan üzr istəməlidir" - Valentina Matviyenko



Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir araya gəliblər.

Musavat.com xəbər verir ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanın paytaxtı Aşqabadda təşkil olunan beynəlxalq konfrans zamanı görüşüblər.

Məlumata görə, V.Matviyenko jurnalistlərə verdiyi açıqlamasında Türkiyənin xarici işlər naziri M.Çavuşoğlunun onun yanına gəldiyini bildirib, lakin görüşün əsas mövzusunu açıqlamayıb.

Şura sədri Türkiyənin naziri ilə rəsmi görüş keçirmədiyini və görüşün qeyri-formal şəkildə reallaşdığını ifadə edib.

Valentina Matviyenko “Çox sıx görüş planlarım vardı. Rəsmi görüşlər siyahıda yox idi. Türkiyənin xarici işlər naziri yanıma gəldi ” deyə qeyd edib.

V.Matviyenko iki ölkə arasında etimad duyğusunun yenidən bərpa edilməsi üçün Türkiyənin Rusiyadan üzr istəməli olduğunu da vurğulayıb.